Alimlər

Böyümə — orqanizmlərin fərdi inkişafında hüceyrələrin bölünməsi hesabına kütlə və ölçülərinin artmasıdır. Orqanizm böyüdükcə inkişaf edir. Inkişaf orqanizmlərin fərdi inkişafı dövründə geriyə dönməyən kəmiyyət və keyfiyyət dəyişkənliyidir. Böyümə və inkişaf canlıların bütün həyatı boyu davam edir.
Biologiya orqanizmlə mühitin qarşılıqlı əlaqəsi haqqında kompleks elmdir. Bu elm birdən-birə yaranmamışdır. Hələ çox qədim dövrlərdə (b.e.ə. 483 -
322-ci illər) yunan alimi Aristotel təbiəti cansız və canlı (bitkilər, heyvanlar, insanlar) olmaqla iki yerə bölmüşdür. İtaliya həkimi Qalen (b.e.ə. 200 — 131-ci illər) insan orqanizminin anatomik-fizioloji təsvirini verdi. U.Harvey (1578 — 1657) insanda böyük və kiçik qan dövranının olduğunu kəşf etdi. XVII əsrdə Q.Qaliley mikroskopu ixtira etdikdən sonra canlı orqanizmlərin quruluşu haqqında təsəvvürlər genişləndi. Sonra A.Levenhuk birhüceyrəli orqanizmləri (infuzor tərliyi) tədqiq etdi.
XVIII əsrdə biologiya elmində yeni nailiyyətlər qazanıldı. K.Linney bitki və heyvanların təsnifatını verdi. XIX əsrin əvvəllərində Jan Batist Lamark «Zoologiyanın fəlsəfəsi» əsərində üzvi aləmin təkamülü haqqında cəsarətli fikir söylədi. İngilis alimi Çarlz Darvin XIX əsrdə üzvi aləmin tarixi inkişaf qanunauyğunluğunu müəyyənləşdirdi. Bundan sonra təbiət hadisələri haqqında səhv təsəvvürlər inkar olunmağa başladı. Çünki üzvi aləm, həyat dəyişməz qalmır, o, həmişə hərəkətdə və inkişafdadır ideyası tədqiqatlarla sübuta yetirildi. Üzvi aləmin inkişaf qanunlarını və qanunauyğunluqlarını öyrənmək biologiya elminin əsas vəzifələrindən birinə çevrildi.
Təkamül təlimi biologiya elminin sonrakı inkişafı ilə əlaqədar özünə yeni baza yaratdı. 1838 — 1839-cu illərdə M.Şleyden və T.Şvann tərəfindən hüceyrə nəzəriyyəsi yaradıldı. Sonra bu nəzəriyyə R.Virxov tərəfindən bir qədər təkmilləşdirildi və sübut olundu ki, «hüceyrə yalnız hüceyrədən əmələ gəlir». Biologiya elminin inkişafı ilə əlaqədar olaraq Q.Mendel (1859) tərəfindən irsiyyətin qanunauyğunluqları kəşf olundu. Bütün bu kəşflərin hamısını Darvin ümumiləşdirdi.
Darvin təkamülün əsas hərəkətverici qüvvələrini müəyyənləşdirdi. Azərbaycan alimi H.Zərdabi Darvin təliminin inkişafına və Azərbaycanda yayılmasına böyük xidmət göstərmişdir.
Biologiya elminin bir sıra yeni sahələri yaranmağa başladı. Məsələn, sitologiya, anatomiya, fiziologiya (hüceyrənin quruluşu və funksiyaları), biokimya və biofizika (orqanizmdə gedən kimyəvi və fiziki prosesləri), genetika (irsiyyət və dəyişkənliyin qanunauyğunluqları), embriologiya (orqanizmin fərdi inkişafı), təkamül təlimi (orqanizmlərin tarixi inkişafı, mühitə uyğunlaşmanın qanunauyğunluqları) kimi sahələri inkişaf edirdi. Təbiətdə mövcud olan bitki, heyvan, insan, göbələk və mikroorqanizmlərin hüceyrəvi quruluşa malik olduğu əsaslandırıldı. Bunların hüceyrələri bir-birindən müəyyən qədər fərqli olmalarına baxmayaraq, quruluşlarında oxşarlıq var idi. Hüceyrə orqanizmin quruluş vahidi hesab edildi.

Orqanizmlərin həyat fəaliyyəti xarici mühitlə sıx əlaqədardır. Biologiya orqanizmlə mühit arasında gedən qarşılıqlı əlaqəni də öyrənir. Mühitlə orqanizm arasında daim maddələr və enerji mübadiləsi gedir. Lakin mühit nə qədər orqanizmə təsir etsə də, o yaşadığı mühitdə həmişə özünün kimyəvi tərkibini, quruluşunu, fiziki xassələrini saxlayır. Müxtəlif iqlim və mühit şəraitində: soyuqda, istidə, şirin və duzlu sularda yaşayan canlılar oraya uyğunlaşır. Sabit bədən temperaturu olan heyvanlar şaxtada yaşayır, qeyri-sabit bədən temperaturu olan heyvanlar isə (həşəratlar, suda-quruda yaşayanlar, sürünənlər) əlverişsiz mühitdə qısa müddətli sükunət halı keçirirlər. Şirin sularda yaşayan birhüceyrəli heyvanlar (amöb, infuzor-tərlik) sitoplazmada fiziki xassələrini, osmotik təzyiqini, kimyəvi tərkibini sabit saxlayır.
Deməli, orqanizmlərin öz-özünü tənzimləmə və mühitə uyğunlaşma xüsusiyyətləri vardır. Biologiya elmi orqanizmlərin öz-özünü tənzimləmə reaksiyalarının mexanizmini də öyrənir. Orqanizmlərin fiziki, kimyəvi xassələri, həyat prosesləri (qıcıqlanma, maddələr mübadiləsi, irsiyyət) hazırda molekulyar səviyyədə öyrənilir. Genetika elminin son nailiyyətləri də molekulyar biologiyanın metodları əsasında həyata keçirilir. Bu elm həm nəzəri, həm də praktik əhəmiyyətə malikdir.
Seleksiya elmi də genetikanın nailiyyətlərinə əsaslanır. Seleksiya elminin yeni mədəni bitki sortları və heyvan cinslərinin alınmasında böyük perspektivləri vardır. Azərbaycanda seleksiyanın inkişafında akademiklərdən İ.D. Mustafayev, F.Məlikov və Ə.M. Quliyevin böyük xidmətləri olmuşdur. Hazırda isə akademik C.Ə. Əliyev yeni taxıl sortları yetişdirməkdə geniş fəaliyyət göstərir. Biologiya elmi kənd təsərrüfatı və tibb elmlərinin nəzəri əsası sayılır. Tibb elmləri xərçəng, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) kimi xəstəliklərin öyrənilməsində biologiyanın nailiyyətlərinə əsaslanır. Genetikanın elmi nailiyyətləri əsasında irsi xəstəliklərin səbəbləri öyrənilir.
Biologiya kimya, fizika, riyaziyyat və texnika elmləri ilə də əlaqəlidir. Hazırda riyaziyyatın biologiyaya tətbiqi ilə bağlı riyazi modelləşdirmədən geniş istifadə olunur. Biologiyanın elmi nəticələri elektron hesablayıcı maşınlarla (EHM) hesablanır. Texnikanın biologiya elmi ilə qarşılıqlı əlaqəsi nəticəsində bionika elmi yaranmışdır. O, orqanizmin quruluş prinsipi əsasında mühəndislik problemlərini təhlil edir.
ХХ əsrdə insanın kosmosu tədqiqi ilə əlaqədar kosmik biologiya elmi yaranmışdır. Kosmik biologiya kosmik şəraiti, uçuşlar zamanı canlılarda gedən prosesləri, onların Yer şəraitindən fərqini, insanın qida və oksigenlə təchiz olunmasını, tullantılardan təkrar istifadə etmək kimi problemləri öyrənir və sürətli inkişaf edir.

Hüceyrəni öyrənən elm sahəsi sitologiya adlandırılmışdır. О da bioloji elmlər sırasına daxildir. Müasir sitologiya hüceyrənin mikroskopik və ultra mikroskopik quruluşundan, onun funksiyasından, inkişafından, kimyəvi təşkil xüsusiyyətlərindən, fiziki-kimyəvi xassələrindən, özünü törətməsi, regenerasiyası, mühitə uyğunlaşmasından bəhs edən elmdir.
Hüceyrə orqanizmin çoxalan elementar canlı hissəsidir. Ona görə də biologiyanın inkişafı bir çox cəhətdən sitologiyanın inkişafı ilə əlaqədardır.
Canlılar adi gözlə görünməyən kiçik hüceyrələrdən təşkil olunmuşlar. Böyüdücü cihazların ixtirasından sonra onları öyrənmək mümkün olmuşdur. Hollandiyada optik cihaz ustaları ata və oğul Hans və Zaxariya Yansenlər tərəfindən 1590-cı ildə ilk mikroskop tipli cihaz quraşdırılmışdır. İtaliya alimi Q.Qaliley həmin mikroskopu bir qədər də təkmilləşdirdi. 1625-ci ildə Almaniyada Yohan Faber ilk dəfə olaraq «mikroskop» terminini elmə gətirdi.
XVII əsrin əvvəllərində Hollandiya alimi A.Levenhuk 250 - 300 dəfə böyüdən daha təkmilləşdirilmiş mikroskop hazırlamışdır.
О, 1660-cı ildə ibtidai birhüceyrəliləri: bakteriyaları, infuzorları, heyvanlarda erkək cinsi hüceyrələri öyrənmişdir.
İlk dəfə olaraq ingilis fiziki Robert Huk mikroskopdan tədqiqat məqsədilə istifadə etmişdir.
О, 1665-ci ildə «Bəzi kiçik cisimlərin təsviri» əsərində bitki hissələrinin mikroskopik təsvirini vermiş, bitki toxumalarının arı şanına oxşadığını göstərmiş və onları «hüceyrə» adlandırmışdır.
İngilis alimi Qryu və italyan alimi Malpigi ayrı-ayrılıqda bitki hüceyrə və toxumalarını öyrənmişlər. Onlar hər ikisi bitki anatomiyasını tədqiq etmiş və bu elmin əsasını qoymuşlar. 
Hüceyrələrin quruluşu haqqında.
1831-ci ildə Robert Braun hüceyrədə nüvəni kəşf etmiş və onun əhəmiyyətini göstərmişdir. Rus alimi P.F. Qoryaninov (1796 - 1856), çex alimi Purginye, onun tələbələri, alman botaniki M.Şleyden (1937) bitki hüceyrəsini tədqiq etmişlər. Sitologiya elminin yaranması və inkişafı hüceyrə nəzəriyyəsinin irəli sürülməsinə səbəb oldu. Hüceyrə nəzəriyyəsi sitoloji tədqiqatları daha da genişləndirdi. 1838-ci ildə botanik M.Şleyden (1804 - 1881) və zooloq Teodor Şvann (1810 - 1882) tərəfindən hüceyrə nəzəriyyəsi əsaslandırıldı. Bu isə təbiət elmlərinin inkişafında bir dönüş yaratdı.Hüceyrə nəzəriyyəsinə görə:
1.Hüceyrə bütün canlı orqanizmlərin ən kiçik quruluş və inkişaf vahididir.
2.Bütün birhücyerəli və çoxhüceyrəli orqanizmlərin hüceyrələri quruluşuna, kimyəvi tərkibinə və maddələr mübadiləsinə görə homoloqdur.
3. Hər bir yeni hüceyrə ana hüceyrənin bölünməsi nəticəsində əmələ gəlir.
Tədqiqatçıların əksəriyyəti hüceyrənin bölünməsi üzərində işləməyə başladılar. Remak amitoz bölünməni, Fleminq heyvanlarda və Strasburger bitkilərdə mitoz bölünməni kəşf etdilər. Artıq bioloji problemlərin tədqiqi hüceyrə səviyyəsində aparılmağa başladı.
Orqanizmlərin çoxalmaları cinsi hüceyrələrlə (spermatozoid, yumurta hüceyrə) ilə əlaqədar olub, irsi əlamətləri nəsildən-nəslə ötürürlər. Bu baxımdan sitologiya bir çox elmlərin (genetikanın, embriologiyanın, histologiyanın, patoloji anatomiyanın və mikrobiologiyanın) əsası hesab olunur.
1892-ci ildə Hertviq «Hüceyrə və toxumalar» adlı monoqrafiyasını nəşr etdirməklə biologiyanın sərbəst bir sahəsi kimi sitologiyanın əsasını qoydu. Müasir sitologiyanın sitogenetika, hüceyrə fiziologiyası, sitokimya, molekulyar biologiya kimi bir sıra sahələri mövcuddur.
Çarlz Darvini təkamül nəzəriyyəsi haqqında
Çarlz Darvinin (Charles Darwin) 1859-cu ildə işıq üzü görmüş “Növlərin mənşəyi” adlı kitabı ilə gündəmə gələn təbii seçməyə əsaslanan Təkamül nəzəriyyəsi elə o vaxtdan bu günə qədər müzakirə predmetinə çevrilmişdir. Bu nəzəriyyə dünyadakı həyatın təsadüf nəticəsində meydana gəldiyini və bütün canlıların ortaq bir canlıdan törədiyini irəli sürür. Nəzəriyyəyə görə insan nəslinə ən yaxın canlılar meymunlardır.
Təkamülü müdafiə edən nisbətən insaflı alimlər bunun bir nəzəriyyə olduğunu etiraf etsələr də, nəzəriyyə insanlara elmi həqiqət kimi təqdim edilmişdir. Halbuki bunun yanlış olduğunu göstərən və gündən-günə çoxalan elmi dəlillər var. Bu yaxınlarda isə insanlarla meymunların genetik oxşarlığı iddiasının da yanlış olduğu isbat edildi. Məşhur “Nature” jurnalının son sayında çap olunan "Şimpanze xromosomu qarışıqlığa səbəb oldu" adlı məqalə insan və şimpanze genlərinin daha çox fərqləndiyini ortaya qoyuldu. ABŞ-da biokimya sahəsində şöhrət qazanmış prof. Mişel J. Behedən (Michael J. Behe) bu haqda müsahibə aldıq. Kitab və məqalələrində Təkamül nəzəriyyəsini tənqid edən prof. Behe müsahibəsində həyatın yaranması haqqında maraqlı açıqlamalar verdi:
–  Hörmətli professor  Behe, bu il “Nature” jurnalında çap olunan və insanla şimpanze genlərinin çox fərqli olduğunu göstərən son elmi tapıntı haqqında nə düşünürsünüz?
Bu araşdırmanı Tokio Universitetinin bir tədqiqat heyəti insan və şimpanzenin 22 və 21-ci xrom­osom­la­rının genetik əlifabadakı bütün hərflərini bir-bir müqayisə etməklə gerşəkləşdirdi. Onların əldə etdiyi nəticə olduqca əhəmiyyətlidir, çünki iki canlı növü arasında daha çox fərqlərin olmsından xəbər verirdi. Bu nəticə ən azı insan mənşəyi ilə bağlı Darvin nəzəriyyəsini çıxılmaz vəziyyətdə qoyur.
Əslində biologiya elmini dərindən araşdırırıq, paralel olaraq Darvinizmin problemləri artır. Darvinizminn qaneediciliyi canlılar haqqında məlumatla tərz mütənasibdir, yəni canlılar haqqında məlumat nə qədər az olarsa, Darvinizm də bir o qədər qaneedici olar. Çünki canlılar haqqında məlumatımızın azlığı bizdə onların sadə və bəsit olması fikrini oyadır. Darvinizm də bəsit sandığımız bu canlı sistemləri kiçik təsadüfi dəyişmələrlə izah edir. Ancaq son 30 ildə həyatın daha ağlasığmaz dərəcədə kompleks quruluşa malik olduğunu öyrəndik. Məsələn, təkamül təsnifatında ən bəsit canlı kimi təqdim edilən bakteriyalar hərəkət etmək üçün kiçik, amma çox kompleks və mükəmməl biokimyəvi mühərriklərə malikdir. “Bu kompleks mexanizm necə əmələ gəlmişdir?” sualının bir cavabı var: fövqəltəbiət bir yaradılış.
-Yaxşı bəs, canlıların orqan, gen, və ya zülallarının bir-birinə bənzəməsi nə mənaya gəlir? Bunları canlıların bir ortaq əcdaddan əmələ gəldiyini irəli sürən Darvinizm üçün dəlil hesab etmək olarmı?
Xeyr. Müxtəlif canlıların oxşarlığı əvvəla biologiyanın əsas sualına cavab vermir. Bu sual müxtəlif canlılarda spesifik və olduqca kompleks orqan və sistemlərin necə yaranması haqdadır. Darvinizm bu suala cavab verə bilmir.
Digər tərəfdən, bir-birindən ən uzaq hesab edilən orqanizmlər arasında belə heyrətamiz oxşarlıqlar mövcuddur. Məsələn, insanla bakteriyalar arasında… Ortaya belə bir sual çıxır: bu oxşarlıq Darvin nəzəriyyəsi ilə üst-üstə düşürmü? Əslində, düşmür, çünki təkamül nəzəriyyəsinin bir-birinə çox yaxın qohum heasb etdiyi canlıların genetikası bəzən çox fərqli olur. Və ya bir-birindən tamamilə uzaq olan canlılar olduqca oxşar orqan və ya genlərə malik olur. Məsələn, insan gözü ilə oktapodun (ahtapot) gözü haradasa eynidir. Əlbəttə, bu oktapodla qohum olmağımız mənasına gəlmir. Bu iki göz quruluşunun “ortaq əcdad”dan deyil, “bir Yaradanın elmindən” qaynaqlanan bir dizayn olduğunu qəbul etmək daha məntiqlidir.
− Zənnimcə, bu dizayn anlayışı sizin də tərəfdar olduğunuz“ağıllı dizayn” (intelligent design) nəzəriyyəsindən irəli gəlir. Sizcə bu nəzəriyyə canlılar arasında olan oxşarlığı daha yaxşı izah edir?
Bəli, bu oxşarlıqları dizaynla da izah edə bilərsiniz. Bildiyimiz kimi, bir çox dizayner və ya ixtiraçı müxtəlif sistemlərdə bir çox oxşar parçalardan istifadə edir. Məsələn bolt, vint, ya da kabel müxtəlif cihazların strukturna daxildir. Çünki bunlar sözügedən mexaniki sistemlərin quraşdırılmasında istifadə edilən ən ideal hissələrdir. Əlbəttə, kabeli olan iki maşından biri digərindən təkamül keçirərək ortaya çıxmamışdır. Ayrı-ayrı hazırlanmışdır. Canlılara xas oxşarlığın izahında ortaq dizayn anlayışı olduqca əsaslıdır.
Mişel Behe kimdir?
ABŞ-ın nüfuzlu Lehigh Universitetində biokimya üzrə professor olan Mişel J. Behe (Michael J. Behe) 1997-ci ildə işıq üzü görən «Darvinin qara qutusu: təkamülə biokimyəvi meydan oxuma» adlı kıtabı ilə elm dünyasını sarsıtdı. Məşhur “National Review” jurnalı Behenin əsərini «XX əsrin ən uğurlu (müəssər) yüz kitabından biri» ünvanına layiq gördü. Prof. Behe kitabında həyatın mənşəyini «ağıllı dizayn» (intelligent design) adlı yeni bir nəzəriyyə ilə izah edir.
Bu gün ABŞ-da yüzlərlə elm adamı, institut və elmi dərnək bu “ağıllı dizayn” nəzəriyyəsini müdafiə edir. Məhz bu təşkilatların etirazları nəticəsində ABŞ-ın Corcia, Ohayo və Nyu Mexiko ştatlarında Darvinist fikirlər dərsliklərdən çıxarıldı. Bu fəaliyyətlər digər ştatlarda  da davam etdirilir. “Ağıllı dizayn” hərəkatına rəhbərlik edən “Discovery İnstitute“ qurumunun başçısı isə ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın köməkçisi  Bryus Çapmandır.
− Darvinizm tərəfdarlaı bu dizayn nəzəriyyəsini bəzən çox tənqid edir və müzakirədən kənarlaşdırmağa, Darvinizmi biologiyanın inkarolunmaz sahəsi kimi təqdim etməyə çalışırlar. Sizcə bunun səbəbi nədir?
Bunun səbəbi elmi deyil, fəlsəfi və ideoloji mahiyyətdədir. Bəzi elm adamları kainatı və həyatı yalnız təbii faktorlarla izah etməyə üstünlük verir, buna inanırlar. Bu inancın kökündə isə kainat və həyatın yalnız fiziki qüvvələin məhsulu olması fikri dayanır. Yaxşı bəs əgər belə deyilsə? Bir eynək görəndə bunun yalnız fiziki gücün məhsulu olmadığını, aqil və sənətkar usta tərəfindən hazırlandığını düşünə bilirik. Həyat isə bundan min dəfələrlə artıq kompleks mahiyyətə malikdir. Dolayısilə, həyatın da yaradılmasının zəruri bir zərurtə olması nəticəsinə gəlirik. Burada əsas məsələ elmi faktlara mümkün qədər çərçivəli, hazır qəliblə  yanaşmamaqdır.
İnsan və şimpanze genlərinin çox fərqli olduğu aşka edildi
İnsan və şimpanzenin genetik quruluşunu müqayisə edən bu son elmi tədqiqat onlar arasında böyük fərq olduğunu aşkar etdi. Yaponiyanın Yokohoma şəhərində yerləşən  Riken Genom Elmi Tədqiqat İnstitutunda əməkdaşı dr. Todd Teylora rəhbərlik etdiyi heyətin apardığı tədqiqatda elm tarixində ilk dəfə insan və şimpanze genləri bir-bir müqayisəli şəkildə araşdırıldı. Tədqiqatın nəticəsi böyük bənzərliklə qarşılaşacağına ümid edən heyəti heyrətə gətirdi.
Dr. Teylor və heyəti əldə edilən nəticəni məşhur “Nature”nin 2004-cü ilin may sayında yayımladı. Bu ilk ətraflı tədqiqat “Şimpanze xromosomu çaş-baş saldı” adlı məqalə ilə şimpanze və insan genlərinin olduqca fərqli olduğunu ortaya qoydu.
Əvvəllər aparılan müəyyən məhdud qarşılaşdırmalar nəticəsində insan və şimpanze genlərinin 98 %-nin bir-birinə bənzədiyi iddia edilmiş və bu, tez-tez təkrarlanan təkamül dəlilinə çevrilmişdi. Dr. Teylor və heyəti bu mövzuda ilk dəfə dərin və təfərrüatlı araşdırma apardı. Şimpanzenin 22-ci xromosomunu insanın müvafiq 21-ci xromosomu ilə  müqayisə edən heyət 68000 DNT vahidinin tamam fərqləndiyini aşkar etdi. Tədqiqatçılar “Nature” jurnalında çıxan məqalədə araşdırılan 231 gendə  83%-lik böyük fərqin olduğunu, genlərin % 20-nin isə tamamilə fərqləndiyini bildirirdilər.
Avstraliyanın “Sidney Morning Herald” qəzeti bu nəticəni "Şimpanzelər bizə sandığımız qədər yaxın deyilmiş" şəklində şərh etdi. Fransanın genetika üzrə Genoscope adlı təqdiqat insitutunun rəhbəri dr. Cin Veysenbax (Jean Weissenbach) da bu nəticəni təsdiq edərək şimpanzenin insanla müqayisədə minlərlə olduqca fərqli genə malik olduğunu bildirdi.
Darvinistlər elmin metafizik bir gücü qəbul etmədiyini iddia edirlər. Halbuki XIX əsrin ortalarına qədər əksər elm adamı böyük bir yaradıcı gücü, yəni Allahı qəbul edirdi. “Elm materialist olmalıdır” iddiası Darvindən sonra geniş yayılmışdır, ancaq bu iddia getdikcə elmi dəlillərlə dahaçox təzad təşkil edir. Elmin vəzifəsi həyatı materialistcəsinə deyil, düzgün izah etməyə çalışmaqdır.
− “Darvinin qara qutusu” adlı kitabınız” National Review” jurnalı tərəfindən XX əsrin ən mühüm 100 kitabdan biri adına layiq görüldü. Sizcə, bu kitaba niyə bu qədər dəyər verildi?
Bunun səbəbi əslində kitabda yer alan yeni və orijinal məlumatlar deyil. Oxucuya sadəcə həytın molekulyar səviyyəsində çox həssas və kompleks sistemlərin varlığını, bunun isə şüurlu bir planlama və təşkilin dəlili olduğunu göstərdim. Çox adam həyata səthi baxanda, bitkiləri, heyvanlariı, quşları, balıqları müşahidə edəndə bunların bir plan və proqram olduğunu hiss edə bilir. Ancaq məktəblərdə öyrədilən Darvin nəzəriyyəsi təbiətdəki bu mövcud ahəngin Sənətkarsız izah olunacağını irəli sürür. Zənnimcə, kitabımın ən böyük təsiri Darvinist düşüncənin çox səthi və aldadıcı olduğunu göstərməsi oldu.
— Sizcə, Darvinizmin üzləşdiyi ən çətin məsələ nədir?
Darvinizmin ən çətin məsələsi yeni bioloji varlıqların, yeni canlıların necə ortaya çıxmasını izah etməkdir. Darvinizm yalnız var olan bioloji varlıqların kiçik dəyişikliklərə necə məruz qalmasını işıqlandıra bilər. Məsələn, Qalapaqos adalarında yaşayan birəbitdən quşlarının dimdiklərində olan kiçik fərqləri izah edə bilər. Amma quşlar necə əmələ gəldi? Quş lələyi, qanadı, bu kompleks orqanlar necə yarandı? Beyin, göz, qanın laxtalanması kimi bir çox amilin ahəngdar fəaliyyəti ilə işləyən bu qədər həssas orqan və sistemlər necə meydana gəldi? Darvinizmin bunları izah etməsi qeyri-mümkündür, çünki bunlar olduqca mürəkkəb varlıqlardır və onların hər bir tərkib hissəsi bötövü təşkil etmək üçün qüsursuz, mükəmməl olmalıdır. Bunların mənşəyini ancaq şüurlu və sonsuz qüdrət sahibi, fövqəltəbiət bir Yaradanın müdaxiləsini qəbul etməklə izah etmək mümkündür.
Darvinə qarşı yeni bir dəlil
İnsanla şimpanze genetikasının olduqca oxşar olması iddiası XIX əsrdə İngilis alimi Çarlz Darvin (Charles Darvin) tərəfindən ortaya atılan təkamül nəzəriyyəsinə əsaslanır. Darvin bütün canlıların ortaq bir əcdaddan təsadüflərlə təkamülləşdiyini iddia edərək meymunların insanın ən yaxın qohumu olduğunu irəli sürürdü. Ancaq XX əsrin ikinci yarısında əldə edilən elmi faktlar Darvinin iddiaları ilə ziddiyyət təşkil edir. Buna görə də təkamül nəzəriyyəsi başda ABŞ olmaqla Qərb ölkələrində də təkrar gözdn keçirilir, ittiham edilir. Bu elmi təşkilatların fəaliyyətləri nəticəsində ABŞ-ın Corciya, Ohayo və Nyu Mexiko ştatlarında dərsliklərdə verilən Darvinist fikirlər çıxarıldı. Digər ştatlarda da bu istiqamətdə işlər davam etdirilir..
— Darvinizmin gələcəyi haqqında nə deyə bilərsiniz? Darvinizm yaşayacaq?
Mənə elə gəlir ki, Darvinizm artıq səhnədən çıxır. İnsanlar həyatı bu nəzəriyyə ilə izah etməyin qeyri-mümkünlüyünü görəcək və onu arxivə göndərəcəklər. Gedişat da bunu göstərir. Bunun səbəbi isə mənim və ya başqa elm adamlarının gördüyü işlər  deyildir. Həyat haqqında nə qədər çox şey öyrənsək, onun nə qədər mürəkkəb və mükəmməl olduğunu daha yaxşı başa düşərik. Elm adamları bu qədər mürəkkəb varlıqların Darvinin irəli sürdüyü kimi məqsədsiz və təsadüfün məhsulu olmadığını görürlər.
− Bildiyimiz kimi, Darvinizmi müdafiə edənlər, ümumiyyətlə özlərinin elmi düşündüyünü, qarşı çıxanların isə yalnız dini inanclara əsaslandığını söyləyirlər. Sizin təsvir etdiyiniz mənzərə isə bunun doğru olmadığını göstərir. Bu haqda nə deyirsiniz?
Bəli, tamamilə düzdür. Keçmişdə Darvinizmə qarşı yalnız dini əsaslı etirazlar vardı. Nəzəriyyənin tərəfdarları isə bu günə qədər elmin onlar tərəfində olduğunu iddia edirdilər. Halbuki XX əsrin axırlarında qazanılan elmi nailiyyətlər mənzərəni tərsinə çevirdi. Bu gün Darvinə qarşı etirazımız bilmədiklərimizdən deyil, bildiklərimizdən qaynaqlanır. Artıq doqmatik düşüncəni seçənlər Darvinistlərdir. Biz onlara canlılar ələminin planlı və proqramlı yaradıldığını göstərən elmi dəlillər təqdim edirik, onlar isə sırf fəlsəfi və ideoloji dünyagörüşü üzündən bunları rədd edirlər.
Onsuz da elmi inqilabların ilk dövründə köhnə nəzəriyyələri bu şəkildə israrla müdafiə edən fanatiklər olur. Amma sonra elm yanlış nəzəriyyəyə qalib gəlir. Yaxında Darvinizmi  də bu aqibət gözləyir.
1665-ci ildə dərc olunmuş Robert Hukun "Mikroqrafiya" (ing. Micrographia) əsərini oxuduqdan sonra, onda ətraf mühitin linza vasitəsilə öyrənilməsinə maraq yaranmış, italyan bioloq-həkimi Marçello Malpigi ilə birlikdə zooloji tədqiqatlarda mikroskopdan istifadə etməyə başlamışlar.
Cilalayıcı sənətinə yiyələnərək Levenhuk linzalar hazırlamağa başlayır. Həyatı boyu o, 300 dəfə böyüdücülük qabiliyyətinə malik 250 linza hazırlamışdır. Levenhuk öz hazırladığı linzaları metal eynəkliklərə quraşdıraraq dövrünün ən müasir mikroskopunu yaratmış və onun köməyi ilə bir sıra kəşflər etmişdir.

Kəşflər



Göyrüş ağacının mikroskopik qurluşu.
Anton van Levenhuk nəzəri savada malik olmasa da böyük praktik təcrübəyə malik olmuşdur. Latın dilinibilməməsi ucbatından öz təcrübə və tədqiqatlarını elmi şəkildə təbliğ edə bilməmişdir. Buna görə də1673-cü ilə kimi dünya onun işlərindən tam xəbərsiz olmuşdur. 1673-cü ilin aprel ayında London Kral Cəmiyyətinin üzvü Delftli Reyner De Graaf Levenhukun yaratmış olduğu mikroskop haqqında ilk məlumat vermişdir. Bu vaxtdan etibarən Levenhuk öz işlərini London Kral Cəmiyyətinə göndərmək imkanı əldə edir. O, Britaniya kraliçası Anna, rus çarı I Pyotr ilə görüşmək imkanı əldə edir.
Anton van Levenhuk həddən ziyadə səbrli və səliqəli müşahidə qabiliyyətinə malik olmuşdur. O, öz mikroskopu vasitəsi ilə insan tükündən tutmuş it spermasına kimi materialları; yağış damcısı və kiçik həşəratları; əzələ liflərini, dəri fraqmentlərini belə müşahidə etmişdir. Levenhuk bütün müşahidələrini ardıcıllıqla yazıya köçürmüş və onların səliqəli təsvirlərini çəkərək göstərmişdir. O, bu müşahidələrini məktub vasitəsi ilə London Kral Cəmiyyətinə və bir çox alimlərə göndərmişdir. 1673-cü ildə Levenhuk tam təhsilinin olmamağına və holland dilindən başqa heç bir dil (xüsusən də ingilis) bilməməsinə baxmayaraq inadkarlıqla London Kral Cəmiyyətinə öz tədqiqatları haqqında məktubla məlumatlar göndərmişdir. Lakin, onun bu tədqiqatlarına şübhə ilə yanaşıldığından Qrü Neemiyanın başçılığı altında bir qrup alim Delftə gələrək işlərlə yerində tanış olurlar. Nəhayət, Levenhuk 8 fevral 1680-cı ildə "London Kral Cəmiyyətinə" üzv və sonradan "Paris Elmlər Akademiyası"nın müxbir üzvü seçilmiş olur.
O, ilk olaraq spermatozoid (1677) və eritrositləri aşkar etmiş və onların təsvirini vermişdir. O, özü-özünə törəmə nəzəriyyəsini saysız sübutlarla inkar etmişdir. O, göstərmişdir ki, bitlər də digər həşəratlar kimi çoxalma qabiliyyətlidirlər. Levenhuk bəşər tarixində ilk konstruktiv kəşf sayılan bakteriyanı (1674) aşkar etmiş, sadə su damcısından bu kiçik canlıların böyük bir aləmini üzə çıxartmışdır. O, ilk dəfə olaraq üç bakteriya formasını: basill, kokk və spiraxetaları müəyyən etmişdir.

Комментариев нет:

Отправить комментарий