понедельник, 17 октября 2016 г.

Buğdanın cücərməsi

 Buğdanı ev şəraitində hazırlamaq çox asandır. Dükandan qidalı buğda alın, təmiz enli şüşə və ya minalanmış qaba tökün, üzərinə ilıq suda isladılmış tənzif qoyun və ev şəraitində saxlayın (səməni cücərtdiyimiz kimi).
Cücərdilmiş buğda ümumi möhkəmləndirici, cavanlaşdıran və müalicəvi vasitə kimi istifadə olunur.
Xarici ölkələrdə hazır cücərdilmiş buğda vakuum qablaşdırmalarda supermarketlərdə satılır. Cücərdilmiş buğda həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, sinir sisteminin funksiyalarına müsbət təsir edir, immuniteti gücləndirir, xərçəng xəstəliklərin profilaktik vasitəsi sayılır. Təbii ki, cücərdilmiş buğdanın faydalı xüsusiyyətlərindən faydalanmaq üçün onu hər gün 50-100 qr həcmində qəbul etmək lazımdır. Cücərdilmiş buğdanı daim qəbul edən insanlar iş qabiliyyətinin, fəallığının artmasını hiss edirlər.
Adi buğda ilə müqayisədə cücərdilmiş buğdanın kimyəvi tərkibi xeyli dəyişilir. Cücərdilmiş buğda zülallar, E, B qrupu vitaminləri, sink, dəmir, kalium və s. mikro- və makroelementlərlə çox zəngindir.
E vitamini orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır, bərpa proseslərini sürətləndirir.
Həmçinin cücərdilmiş buğda B vitaminləri qrupu ilə zəngindir. Bu vitaminlər bizim sinir və mədə-bağırsaq sistemimiz üçün çox vacibdir.
Cücərdilmiş buğdanın tərkibində olan fol turşusu orqanizmin qanyaradan funksiyası üçün çox vacibdir. Həmçinin fol turşusu hamilə qadınların əsas vitamini sayılır. Fol turşusu döldə sinir sisteminin qusurlarının qarşısını alan əsas vasitə kimi tanınır. Məhz bu səbəbdən hamilə qadınların hamısına həkimlər fol turşusunu təyin edirlər.
Sink insanın immun sisteminə çox müsbət təsir edir, dərini qocalmaqdan saxlayır. Bu xüsusilə qadınlar üçün vacibdir. Kosmetik sənaye tərkibində cücərdilmiş buğda olan çoxsaylı kremlər və maskalar istehsal edir.
Sink həmçinin insanın cinsiyyət sisteminə də çox müsbət təsir edir. Kişi cinsiyyət sisteminin normal fəaliyyəti üçün sink elementi olduqca vacibdir. Sink spermatozoidlərin hərəkətliliyini artırır. Sonsuzluqdan əziyyət çəkən kişilər bu təbii müalicəvi vasitədən istifadə edə bilərlər.

Hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və  Azərbaycanda  taxıl  buğdasından  səməni yetişdirilir. Səməni ilk çərşənbə axşamına yaxın zamanda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerdə qoyulur.


Комментариев нет:

Отправить комментарий