Ən böyük öküz
Dünyada ən böyük öküz təxminən iki ton çəkiyə malik erkək Donetto olub.
1950-ci illərin ortalarında İsveçrədə yaşayan və dünyada ən mehriban varlıq
olan Donetto 1740 kiloqram çəki və 190 santimetr hündürlüyə malik olub.
Ən böyük timsah
Şəkildə altı metr
uzunluğa malik insan yeyən timsah əks olunub. O, 2002-ci ildə
Burundi Respublikasında tutulub. Bu nəhəng timsah Ginnesin rekordlar kitabına
düşə bilməyib, çünki Kİtab Şərqi Hindistanda tapılan yeddi metrlik timsahın
mövcudluğunu təsdiqləyib.
Ən böyük yarasa
Dünyada qeydə alınan ən
böyük yarasanın qanadlarının uzunluğu 1.8, bədəninin uzunluğu isə 40 santimetr
təşkil edir.
Ən böyük ilan
Dünyanın ən böyük ilanı
Nəhəng və ya Yaşıl anakondadır. Onun uzunluğu təxminən 10 metr, çəkisi isə 220
kiloqram ola bilər.
Hazırda yaşayan
ilanlardan ən böyüyü Nyu-Yorkda zooloji cəmiyyət terrariumundadır. Onun
uzunluğu doqquz metr, çəkisi 130 kiloqramdır.
Bildirək ki, qeydə
alınan ən uzun anakonda 11 metr 43 santimetr olub. Onu 1944-cü ildə Kolumbiya
cəngəlliyini öyrənən və neft yataqları axtaran geoloq-neftçi ölçüb.
Ən böyük at
Dünyada ən böyük at "Sampson" ləqəbli atdır. Onun hündürlüyü iki
metr 20 santimetr, çəkisi isə 1.52 ton təşkil edib.
Qeyd edək ki, hazırda yaşayan
atlardan heç biri artıq uzun müddətdir, həyatda olmayan Sampsonun rekordunu
yeniləyə bilməyib.
Ən böyük dovşan
Böyük Britaniyanın
Sasseks qraflığında "Ralf" ləqəbli dörd yaşlı dovşan "Dünyanın
ən kök dovşanı" tituluna sahibdir.
Ralfın sahibi Paulina
Qrant hazırda heyvanın çəkisinin 22 kiloqram 68 qram, uzunluğunun isə bir
metrdən çox olduğunu deyir.
Ən böyük hörümçək
Yalnız sonluqlarının
ölçüsünü yox, eyni zamanda bədən ölçülərini müqayisə etsək, dünyada ən böyük
hörümçək Terafoza Blonda olar.
O, qurbağa, kərtənkələ, siçan
və kiçik ilanları ovlaya bilir. Bu növün ən böyük nümayəndəsi 1965-ci ildə
Venesuelada aşkarlanıb; onun ayaqlarının uzunluğu 28 santimetr təşkil edib.
Ən böyük köpəkbalığı
Bu gün köpəkbalıqları
arasında ən böyüyü balina köpəkbalığıdır. Sənədlə təsdiq edilən rekord 14 metrə
bərabərdir. Lakin tez-tez daha böyüklərinin tutulduğu xəbəri yayılır.
Bildirək ki, bəzi
köpəkbalıqları 20 metr və daha böyük uzunluğa malik olur.
Ən böyük ayı
İndiyədək sənədləşdirilən ən böyük qonur ayı 2009-cu ildə Alyaskada güllələnən insan
yeyən ayıdır. O, elə bir hündürlüyə malikdir ki, arxa ayaqları üstündə
asanlıqla ikinci mərtəbəyə boylana bilər.
Ən böyük meduza
Dünyada ən böyük meduza
arktik nəhəng meduzadır (Cyanea). O, Şimal-qərbi Atlantikada
yaşayır. Massaçusets körfəzində sahilə atılan belə meduzalardan birinin başının
diametri 2.28 metr, əllərinin uzunluğu 36.5 metrdir.
Ən böyük vəhşi pişik
Şir və dişi pələngin
törəməsi olan hibrid. O, şir və pələngin dar çərçivədə rastlaşmağının
nəticəsində törəyə bilər, belə ki, təbiətdə şirlər pələnglərlə, demək olar,
rastlaşmır.
Bu törəmənin dünyada ən
böyüyü Herkules Mayamidəndir. O, 400 kiloqram çəkiyə malikdir, arxa pəncələri
üzərində durduqda isə uzunluğu 3.7 metr təşkil edir.
Ən böyük böcək
Ən böyük, rekordçu böcək "Titanus giganteus"dur. Ən böyük
təmsilçi barədə dəqiq məlumat isə yoxdur.
Mənbələrdən biri iddia edir ki, böyük həşəratın maksimal uzunluğu 17
santimetrdir, bəziləri isə bunun 21-22 santimetr olduğunu iddia edir.
Ən böyük tısbağa
Dünyada ən böyük tısbağa
qalındərili tısbağadır. Onun bədəninin uzunluğu 2.5 metrə, çəkisi isə 600
kiloqrama çata bilər.
Lakin 916 kiloqram
çəkiyə malik tısbağanın tapıldığı məlumdur.
Qeyd edək ki, bu,
Ginnesin rekordlar kitabında qeydə alınan tam rekorddur.
Ən böyük uçan quş
Təkcə qanadlarının
uzunluğunu deyil, gövdəsinin kütləsini də nəzərə alsaq, o zaman rekordçu qara
qrifdir. Bu quşun gövdəsinin uzunluğu 1.2 metr, çəkisi 14 kiloqram təşkil edir.
Bəzilərində qanadların
uzunluğu 310 santimetrə çata bilər.
Ən böyük vəhşi qaban
2011-ci ildə gənc ovçu
Cemiss (11 yaş) indiyədək aşkarlanan ən böyük vəhşi qabanı vura bilib. Onun
uzunluğu 3.5 metr, çəkisi təxminən 500 kiloqram olub.
Комментариев нет:
Отправить комментарий