(yun. βιολογία — βίος, bios, "həyat"; qəd. yun. λόγος, loqos. ""bilik, elm") — həyat haqqında elm, təbiət elmlərindən biri, canlıları və onlarınətraf mühitlə əlaqalərini öyrənir. Bilogiya Yerdəki canlı orqanizmlərin həyatının bütün sahələrini, o cümlədən quruluşunu, fəliyyətini, inkişafını, təkamülünü və yerləşməsini öyrənir. Həmçinin onların təsnifatını tərtib edir və istənilən dəyişiliyi tədqiq edir və izahını verməyə çalışır. Tədqiqat sahəsi biofizikadan tutmuş mürəkkəb ekologiya məsələlərinə qədər geniş mövzuları əhatə edir.
Biologiya elmləri kateqoriyasına aid olan botanika, zoologiya və səhiyyə sivilizasiyanın ilk dövrlərindən öyrənilirdi. Elmin inkişafına güclü təkan verən mikroskop ancaq XVII əsrdə kəşf edildi. "Biologiya" termini ilk dəfə 1802-ci ildə Jan-Batist Lamark tərəfindən işlədilib. Təbiət biliklərinin xüsusi sahəsi kimi isə o XIX əsrdə yaranıb. O dövrdə alimlər bütün canlıların ümumi cəhətlərə malik olduqlarını müəyyənləşdirə biliblər və onları cəm şəklində öyrənməyə qərar verdilər.
Biologiya elmində əsas hadisələr Şvann Teodor, Mattias Yakob Şleyden və Virxov Rudolf tərəfindən hüceyrə nəzəriyyəsinin, Çarlz Darvintərəfindən təkamül nəzəriyyəsinin, Qreqor Yohan Mendel tərəfindən genetikanın əsas qanunu – irsiyyət qanununun, irəli sürülməsi vəhüceyrə səviyyəsində biokimya və biofizikanın metodlarının tətbiqi sayılır.
DNT-nin spiralşəkilli quruluşu
Biologiya və kimyanın sərhəddində yaranmış biokimya elmi, bu gün sürətlə inkişaf edən təbiət elmlərindəndir. Biokimya canlılar haqqında olan bütün elmləri birləşdirir və onun öyrənilməsi biologiyanın hər hansı bir sahəsinin və eləcə də müasir zamanda prioritet istiqamətlərdən sayılan ekologiya ilə bağlı problemlərin başa düşülməsi üçün geniş imkanlar yaradır. Son zamanlar, təbii şəraitdə orqanizmlər arasında münasibətləri öyrənməklə məşğul olan ekologiya ilə, bu münasibətləri molekul səviyyəsində tədqiq edən biokimya arasında sıx əlaqə yaranmışdır. Müasir ekologiya biosferanın həyatı haqqında elm olaraq, təbiətşünaslığın bioloji və qeyri-bioloji elm sahələri – kimya, fizika, riyaziyyat, geokimya, geofızika, fıziologiya, biokimya, biofızika, genetika, təkamül nəzəriyyəsi və s. ilə əlaqədar bir sıra mühüm məsələlərin öyrənilməsi ilə məşğuldur.
Bir sıra mühüm ekoloji problemlər mövcuddur ki, onların izah olunması və başa düşülməsi üçün biokimyəvi üsulların tətbiq olunması zəruri sayılır. Bununla yanaşı heyvanlarda və bitkilərdə baş verən bir sıra metabolik prosesləri ekoloji yanaşmanın köməyilə izah etmək mümkün olmuşdur. Beləliklə, müasir təbiət elmlərinin qarşılıqlı əlaqəsi dövrundə, biologiya, kimya və ekologiya arasında biokimya bağlayıcı zəncirdir
Müasir biologiyanın əsasında beş əsas prinsip dayanır: hüceyrə nəzəriyyəsi, təkamül, genetika, gemoostaz və enerji İndiki dövrdə biologiya orta və ali məktəblərdə baza elmlərdən biridir. Hər il dünyada biologiyaya, tibbə və tibbi biologiyaya dair miliyonlarla kitab, məqalə çap edilir, dissertasiyalar müdafiə edilir.Molekulyar biologiya həyatın kimyəvi əsaslarını, hüceyrə biologiyası isə orqanizmlərin kərpici rolunu oynayan hüceyrələrin öyrəniolməsi ilə məşğuldur. Fiziologiya orqanizmin daxili strukturlarının funksiyasını, bioloji sistemlərinin normal həyat tərzi çədəyişıklikləri (patofiziologiya), ekologiya isə təbiətin orqanizmlərə təsirini öyrənir.
Комментариев нет:
Отправить комментарий