A
Abaka-Banan cinsinə mənsub
olub,çoxillik ot bitkisidir.
Abdal xərçəng-onayaqlı xərçənglər
dəstəsinin,dənizlərdə yaşayan bir nümayəndəsidir.
Abdomen-buğumayaqlılarda bədənin sonuncu və qarıncıq
adlanan mühüm hissəsidir.
Abiogenez-ilk canlının cansız materiyadan əmələ gəlməsi
haqqında nəzəriyyədir.
Adaptasiya-orqanizmin mühitə morfoloji,fizioloji və
bioloji uyğunlaşması deməkdir.
Adekvat-mühitin müxtəlif amillərinin təsirinə uyğun dəyişkənlikdir.
Adenin-DNT-nin 4 nukleotidindən biridir.
Adisson xəstəliyi-hormonal xəstəlik olub,böyrəküstü vəzin qabıq
maddəsi hormonlarının çatışmaması nəticəsində yaranır.
Ağıl dişi-İnsanda böyük azı dişlərinin sonuncu nümayəndəsi.Adətən
18-20 yaş həddində çıxır.Tez xarab olur.
Akaralogiya-biologiyanın bir sahəsi olub,gənələrdən bəhs
edir.
Aqoniya-həyatın klinik ölümlə müşayiət olunan son
akkordları.
Albinizm-dəridə,tükdə və gözün qüzehli qişasında normal
piqmentin çatışmamazlığı.İrsi xəstəlikdir.
Antibiotik-mikroorqanizmlərdə və bitki orqanizmlərində əmələ
gələn xüsusi kimyavi maddə.
Aorta-Qan daşıyıcı sistemin baş arteriyası.
Azotofikasasiya-aerob bakteriya qrubu tərəfindən havadan sərbəst
azotun fiksə olunmasi.
B
Badam-gülçiçəklilər fəsiləsinin badam cinsinə aiddir.
Bağırsaq-həzm sistemi üzvlərinin bir şöbəsi.
Bakteriofaqlar-bakteriyanı yoluxturan və onları məhv edə bilən
viruslardır.
Beri-Beri-B1 vitamini çatışmadıqda yaranan xəstəlikdir.
Bədən boşluqları-Canlı orqanizmdə orqanların yerləşdiyi
boşluqlar.
Büllur-Gözün mühüm orqanlarından biridir.
Bioloji sıfır-canlıların inkişafında aşağı tempratur həddi.
Biologiya-canlılar haqqında elmdir.
Biosfer-Yer kürəsində orqanizmlər yaşayan təbəqədir.
Bitki yağı-Bitkilərin toxumlarından və ya meyvələrindən
sixma və ya üzvi həlledicilər vasitəsiylə əldə edilir.
Böyrəklər-Ali heyvanların ifrazat sisteminin mərkəzi orqanı.
Bronxlar-yerüstü onurğalıların havaötürücü yolları.
Buğum-bitkilərdə,yarpağın
zoğa birləşdiyi yer.
Braxiasiya-insanabənzər meymunların ağaclarda hərəkət
etmə qaydası.
Bölgə-nərəkimilər fəsiləsinin bir cinsi.
Blastopor-ilk ağız rüşeymin ikiqatlı mərhələsində
qastral başcığı xarici mühitlə əlaqələndirən
dəlik.
Balstula-çoxhüceyrəli orqanizmin rüşeyminin inkişafında birtəbəqəli
mərhələ.
Botri-Bəzi lentşəkilli qurdların başcığında yapışmağa
xidmət edən şırım.
Buğum arası-bitkilərdə cavan zoğun iki qonşu buğumunun
arasındakı hissə.
Bulaqçılar-həşəratların çoxsaylı növə malik olan bir dəstəsi.3000
növü var.
Buynuz qişa-göz almasını əhatə edən ağlı qişanın ön hissəsi.
Buynuz meyvə-Quru meyvələrin bir növü.
C
Calaq-yeni,daha məhsuldar,daha keyfiyyətli,xəstəliklərə
dözümlü bitki sortlarının yaradılması üsullarından biridir.
Canavar-canavarlar fəsiləsindən məməlidir.
Cırtdan antiloplar-boşbuynuzlular fəsiləsi,məməlilərin antiloplar cinsinə aiddir.
Cırtdan antiloplar-boşbuynuzlular fəsiləsi,məməlilərin antiloplar cinsinə aiddir.
Cism-canlı orqanizmlərin daimi və əsas hissəsidir.
Cut-yarımkol bitkisi olub cökəkimilər fəsiləsindəndir.
Cuzğun-qarabaşakkimilər fəsiləsindən bitki növüdür.
Cütdırnaqlılar-məməlilər sinfinin bir dəstəsidir.
Ç
Çanaq-bir sıra heyvanların bədənini örtən sərt müdafiə
qatıdır.
Çay-Çay fəsiləsindən
olan bu cins kol və ağac bitkilərini
əhatə edir.
Çənə sümüyü-xərçəngkimilərin,çoxayaqlıların və cücülərin
birinci çənə sümüyü cütlüyü,yuxarı çənədir.
Çiçək tacı-çiçəyin vegetativ orqanlarından biri,ləçəklərdən
ibarət olan əlvan rəngli hissəsidir.
Çirklənmə-mühitdə,bu mühit üçün xarakter olmayan
komponentin olmasıdır.
Çovdar-taxıllar fəsiləsindən olan ot bitkisidir.
Çömçəquyruq-quyruqsuz suda-quruda yaşayanlar qurbağaların
quyruqlu sürfəsidir.
Çöpcüklər-gözün işıq şüalarını qəbul edən reseptorların bir
qrubudur.
Çürümə - azotlu üzvi birləşmələrin-xüsusilə zülalların
mikroorqanizmlər tərəfindən parçalanmasıdır.
Çay xərçəngləri-buğumayaqlılar tipinin xərçəngkimilər
sinfinin,onayaqlılar dəstəsini iqtisadi əhəmiyyətli bir cinsidir.
D
Dafniya-Şaxəbıcıqlı xərçənglərin dünya miqyasında 27 növ ilə
təmsil olunan bir cinsidir.
Dağdağan-dağdağankimilər fəsiləsindən çiçəkli bitki
cinsidir.
Dalaq-orqanizmdə immun sisteminin periferiyasında fək orqandır.Qarın boşluğunda yerləşir.
Daltonizm-Gözün torlu qişasında bir və ya bir neçə tip
kolbacıqların olmaması sayəsində insanın bəzi rəngləri seçə bilməməsidir.
Dalayacı hüceyrələr-ibtidai çoxheceyrəli orqanizmlərə xas
olub,qidalanma və müdafiə funksiyası daşıyır.
Daraqlılar-onurğasız heyvanların bir tipidir.
Darçın ağacı-dəfnəkimilər fəsiləsindən həmişəyaşıl ağac və
kollar fəsiləsidir.
Daun sindromu-insanda ən kiçik xromosomlardan olan 22-ci
z=xromosom trisomiyası nəticəsində meydana gələn xəstəlikdir.
Degenerasiya-hüceyrələrin və orqanların dağılması
prossesidir.
Debil-zehni inkişafca geri qalma hallarından biridir.
Delesiya-mutasiya nəticəsində xromosomun ortasından bir sahəsini
itməsi,düşməsidir.
Derma-dərinin xüsusi lifli0birləşdirici toxumasından
ibarət orta qatıdır.
Dezinfeksiya-xəstəlik törədən orqanizmlərin kimyavi,fiziki,bioloji
üsullarla məhv edilməsidir.
Dən meyvə-quru meyvələrin bir növüdür.
Dəni ulduzu-dərisitikanlılar tipinin bir sinfidir.
Dəri vəziləri-heyvanlarda dəri epidelisinin törəmələridir.
Diafraqma-məməli heyvanların və insanların bədənində hər
hansı bir boşluğu məhtutlaşdıran daxili arakəsmədir.
Diastola-ürək tsiklinin bir fazası,ürək əzələlərinin
boşalmasıdır.
E
Efemer bitkilər-inkişafını qısa bir dövrdə başa vuran bitkilərdir.
Exinokokk-Yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin
ən təhlükəli parazit nümayəndəsidir.
Ekologiya-orqanizmin yaşadığı mühitlə qarşılıqlı münasibətini
öyrənən elmdir.
Ekosid-canlıların yaşayış mühitinin bilərəkdən cinayərkarcasına
dağıdılmasıdır.
Epifitlər-torpaqla əlaqəsi olmayan və başqa bitkilərin
gövdələri və ya budaqları üzərində məskən salan bitkilərdir.
Ekosistem-ekologiyanın əsas anlayışı və funksional
vahidi,canlılarla onları əhatə edən mühitin amilləri arasındakı qarşılıqlı əlaqələrin
məcmusudur.
Ektoderma-çox hüceyrəli heyvan embrionun xarici rüşeym təbəqəsidir.
Entomofil bitkilər-həşəratlar vasitəsilə tozlanan bitkilərdir.
Epiboliya-heyvanlarda rüşeymin başlanğıc inkişafı
prossesi,iri hüceyrələrdən prostomerlərin əmələ gəlməsidir.
Eroziya-Külək,su,atmosfer çöküntüləri,tempratur və s. Bu
kimi amillərin təsiri ilə torpağın ana suxurunun dağılması adlanır.
Evkalipt-mərsinfəsiləsindən olan və 500-dən artıq növü əhatə
edən cinsin bir nümayəndəsidir.
Evqlena-qamçılılar sinfinin nümayənəsidir.
Evribat heyvanlar-suyun müxtəlif dərinliklərində,müxtəlif təziq
şəraitində yaşayan heyvanlardır.
Eşitmə sümükləri-orta qulaqda yerləşən və çəkic,zindan və üzəngi
adlandırılan ümüklərdir.
Etologiya-təbii şəraitdə heyvanların davranışından bəhs edən
elmdir.
Epidermis-insan da daxil olmaqla onurğalı heyvanlardan bədənin
üzərini örtən üst təbəqədir.
Endemik bitkilər-nisbətən kiçik,yalnız məhdud ərazidə yayılan
bitki deməkdir.
Ə
Əlavə gübrələmə-bitkilərin böyümə dövründə onlara verilən
gübrələrdir.
Əlavə kök-bitkilərin digər ved=getativ orqanlarından endogen
yolla inkişaf edən köklərdir.
Ələyəbənzər borular-bitkilərdə
gövdənin üzərini örtən qabığın altında yerləşən floema qatında,floema
liflərinin arasında olan şəklini dəyişərək
boru əmələ gətirən uzun hüceyrələrdir.
Əmici tellər-bitkilədə kökün ucuna yaxın hissəsinin üzərini
örtən hüceyrələrin tük kimi nazik çıxıçtısi və ya kökün sorucu zonasının əsas
törəmələridir.
Əsas kök-poliploidiya sırasında bütün xromosom yığımının
bölünən xromosom sayıdır.
Əsas sahib-sahib dəyişməklə inkişaf edən parazitin cinsi
yetkinliyə çatdığı və cinsiyyətli üsulla çoxaldığı sahib orqanizmdir.
Əsas toxuma-nazik plaflı canlı hüceyrələrdən əmələ gələn
bitki toxumasıdır.
Ətcə balalı quşlar-quşların yumurtadan sonrakı inkişaf mərhələsinə
əsaslanan deyimdir.
Ətraf mühit-insanları əhatə edən,onlarla qarşılıqlı əlaqədə
olan günəş şüaları,torpaq,hava və canlılar,antropogen maddələr ,əşyalar və
qurğular nəzərdə tutulur.
Ətraflar-heyvanlarda hərəkətdə və digər prosseslərdə rol
oynayan bədən çıxıntıları və ya xarici orqanlar mənasına gəlir.
Ətraf mühitin monitoringi-təbii və antropogen təsirlər nəticəsində ətraf
mühitə yayılan zərərli qaz,maye və bərk tullantilara kəmiyyət və keyfiyyət cəhətdən
nəzarətin elmi əsaslarla həyata keçirilməsi olub,hava,su,torpaq mühitlərinin vəziyyətlərinin
qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların kimyavi tərkibini,çirklənmə
dərəcəsini,radioktivliyini,hidrobioloji xüsusiyyətlərini xüsusi xassələrini müəyyən
edən mündəzəm müşahidə və tədqiqatlar sistemindən ibarətdir.
Əzələ hissi-əzələlərdə və oynaqlarda yerləşən
reseptorların oyanmaları sayəsində əmələ gələn hissdir.
F
Faqlar-süzülən və ancaq xüsusi sahib bakteriyaların
hüceyrələrində çoxala bilən viruslardır.
Faqositoz-orqanizmə daxil olan yad canlıların orqanizmin
xüsusi hüceyrələri tərəfindən fəal surətdə udulması və hüceyrə daxilində həzm
edilməsidir.
Fasetli göz-mürəkkəb görmə üzvü olub,çoxlu miqdarda
ayrı-ayrı sadə gözlərdən təşkil olunmuş gözlərə deyilir.
Fauna –Hər hansı ərazidəki heyvan növlərinin məcmusudur.
Fenotip-müəyyən inkişaf mərhələsində bu və ya başqa bir fərdin
əlamətlərinin məcmusudur.
Ferment-bitki və heyvan hüceyrələrində əmələ gələn və
hüceyrədə biokimyavi və biosistem prosseslərinin gedişinə aktivləşdirici təsir
göstərən zülal təbiətli maddələrdir.
Fəqərə-ox skeletinin törəmələri-onurğalı heyvanlarda və
insanda onurğanı təşkil edir.
Fibrin-qanın laxtalanmasının son məhsulu,trompin
fermentinin təsiri altında qanın plazmasında olan firqinogenin çevrilməsindən alınan zülaldır.
Finna-lentşəkilli qurdlarda sürfənin inkişaf mərhələlərindən
biridir.
Fistula üsulu-həzm orqanlarının fəaliyyətini öyrənmək üçün
istifadə olunan üsullardan biridir.
Fiziologiya-biologiyanin bir sahəsi olub,orqanizmin
bütövlükdə və onun ayrı-ayrı hissələrinin üzvlər sistemi,üzvlər və hüceyrələrinin
həyat fəaliyyətlərində baş verən fizioloji prossesləri öyrənən elmdir.
Floema-ağac gövdəli bitkilərin gövdələrində qamarlı lifli
borulardır.
Fotosintez-yaşıl bitkilər və fotosintez edən
mikroorqanizmlər vasitəsilə günəşin şüa enerjisinin üzvi maddələrin kimyavi
enerjiyə çevrilməsidir.
Fotosintezin məhsuldarlığı-bir kvadrat metr yarpaq sahəsində bir saat ərzində
əmələ gələn üzvi maddələrin miqdarı ilə müəyyən edilir.
G
Gen-hüceyrədə müəyyən zülalın sintezinə nəzarət edən və
orqanizmin bu və ya digər əlamətinin inkişafına təsir göstərən DNT molekulunun
müəyyən sahəsidir.
Generasiya-orqanizmin başlanğıcından cinsi yetişkənliyinə
qədərki həyat dövrüdür.
Genetika-orqanizmlərin insiyyəti və dəyişkənliyi haqqında
elmdir.
Genotip-oqanizmin bütün genlərinin məcmusu,nüvədə və
stoplazmada olan genlər birlikdə
orqanizmin genotipi-konstitusiyasi hesab olunur.
Geofitlər-qışlamanı,yaxud uzunmüddətli quraqlığa
davamlığı təmin edən orqanları və bərpa
tumurcuqlarıdır.
Geydirmə calağı-ağacın calaq ediləcək zoğunun qabığını halqa
şəklində çıxarıb,oraya calaq üstünün zoğundan bu üsulla çıxarılmiş tumurcuqlu
qabiğı geydirirlər.Bu cür calaq göz calağının bir növü sayılır.
Gigiyena-tibb elminin sağlamlıq haqqında bir sahəsi-xarici
mühir amillərinin insanın sağlamlığına,əmək qabiliyyətinə təsirini öyrənən eımdir.
Göz-onurğalıların görmə orqanıdır.Göz yuvasında yerləşir.
Gübrələr-faydalı orqanizmlərin normal böyüməsi,inkişafı və
məhsuldarlığı üçün istifadə olunan üzvi və mineral maddələrdir.
Gülçiçəklilər-ali bitkilərin örtülütoxumlular şöbəsinin
ikiləpəlilər sinfinin əhəmiyyətli fəsiləsidir.
Günəbaxan-Mürəkkəbçiçəklilər fəsiləsinin bir fəridir.
Gürzə-ilanların ən zəhərli,ən təhlükəli və eyni zamanda ən
faydalı fəsiləsindən biridir.
Gözyaşı vəziləri-onurğalı heyvanlarda və insanlarda gözün üst
qapaqlarından yuxarıda gözün xarici bucağının üst hissəsində,qaşların altında
yerləşən iri vəzilərdir.
Gövdə-bitkinin əsas vegetativ orqanlarından biridir.
Giləmeyvə-şirəli meyvələtin bir qrubudur.
H
Haploid-orqanizmdə xromosomların tək yığımının varlığıdır.
Hatteriya-sürünənlərin dimdikbaşlıların dəstesinin günümüzə
qədər qalmış yeganə təmsilcisidir.
Hava kisələri-suda-quruda yaşayanlardan sürünlərdən
quşlardan və məməlilərdən tənəffüstə bilovasitə rol oynamayan lakin hava ilə
dolubboşala bilen qovuuqdur.
Helmintozlar-parazit qudların törətdiyi xəstəliklərdir.
Helmintoloqiya-parazit qurdlar
haqqda elimdir.
Hemiziqotluq-hər
hansı xromosunun və yaxromosom sahəsinin tək
halda olmasıdir.
Heparin-qanın
laxtalanmasini əngərlləyən madədir.
Həlqəli gurdlar-onurğasız
heyvanlarin bir növüdür.
Həmişəyaşil bitkilər-bütün il
boyu yarpaqları yaşıl olan bitkilərdir.
Hərəkəti neyron-neyronun
xüsusi funksiyası yerinə yetirən bir
qurupdur.
Həşarat-buğumayaqlilar
tipinin bir sinfidir.
Həşaratyeyən bitkilər-cücüləri
tutan və onlardan əlavə qida mənbəyi kimi istifadə edən çoxillik ot bitkiləridi.
Həyat-həyat
haqqında tarix boyunca bir çox fəlsəfi nəzəriyyələr irəli sürülmüş-həyatın
başlanğıcı,qayəsi,mənası mövzusunda əsassız və insanı qane etməkdən uzaq müxtəlif
şərhləe edilmişdir.
Həzm-orqanizmin
böyüməsi,inkişafı və mövcud fizioloji prosseslərin yerinə yetirilməsi üçün
orqanizmin müxtəlif tikinti materialları və enerji lazımdır.
Hibrid-irsi əlamətlərinə
görə fərqli olan valideyinlərin çarpazlaşmasından əmələ gələn nəsildir.
Hidrosfer-yerin su
təbəqəsidir.
Hüceyrə qlafı-hüceyrənin
əsas quruluş kompenentlərindən biridir.
Hüceyrəxarici həzm-həzm prossesinin ən geniş yayılmış universal
formasıdır.
X
Xaççiçəklilər-bitkilər aləminin,ikiləpəlilər sinfinin bir
fəsiləsidir.
Xərçəngkimilər-buğumayaqlılar tipinin bir sinfidir.
Xiazm-4 homoloji xromotikdən 2-si arasında gedən
çarpazlaşmanın xarici təzahürüdür.
Ximer-genetik cəhətdən müxtəlif hüceyrə qatlarından ibarət
fərddir.
Xitin-sərtliyi ilə seçilən azota malik palisaxariddir.
Xlorella-xlorokokk yosunların bir cinsidir.
Xlorofil-bitki hüceyrəsinin xloroplastlarındakı piqmentdir.
Xorda –onurğalı heyvanlara xas olan elastiki ox skletin əsasını
təşkil edən buğumsuz entodermal torəmədir.
Xov-heyvanlarda içərisi boş olan bir sıra orqanların o
cümlədən bağırsaqların içəriyə doğru mikroskopik çıxıntılarıdır.
Xromotid-xromosomun tərkibindəki iki teldən biridir.
Xromotin-xromosomları
əmələ gətirən və xüsusi boyalara boyanan nüvə maddəsidir.
Xromoplastlar-bitki hüceyrələrinində sarı,narıncı və ya
qırmızı rəngli plastidlərdir.
Xromosomlar-hüceyrə bölünərkən onun metafaza mərhələsində
müxtəlif şəkildə görünən,irsiyyət amillərindən DNT və zülaldan ibarət cisimciklərdir.
Xromosom sayı-bir növün qamet və ziqot xromosom sayı ayırd
edir.Aki bitkilərdə və heyvanlarda somatik hüceyrələrdə xromosom sayını
2n,cinsiyyət hüceyrələrindəki xromosom sayını 1n ilə işarə edirlər.
Xromosom yığımı-hüceyrələrdə olan xromosomların cəmi
xromosom yığımı adlanır.
Xromotofor-ibtidai bitkilərin və birhüceyrəlilərin bəzi
nümayəndələrin hüceyrələrində olan orqonoiddir.
Xəbərdaredici rəng –orqanizmləein arasında qoruyucu rəng
formalarından biridir.
İ
İbtidailər-birhüceyrəli heyvanlar yarımaləmidir.
İflic-baş beyin və onurğa beyninin mərkəzi və perferik
sinir sisteminin hərəki mərkəzlərinin zədələnməsi nəticəsində iradi hərəkətlərin
itməsidir.
İfrazat-orqanizmlərdə maddələr mübadiləsinin son məhsullarını-artıq
suyun ,duzların,zəhərli və lazımsız maddələrin orqanizmdən kənarlaşdırılması
prossesidir.
İkiqanadlilar-inkişafı tam çevrilmə ilə gedən həşəratın
çoxnövlü və çoxsaylı dəstəsidir.
İkiləpəlilər-ali bitkilərin bir sinfidir.
İkiqapatli molyuskalar-molyuskalar tipinin bir sinfidir.
İlanlar-sürünənlər sinfinin,pulcuqlular dəstəsinin bir
yarımdəstəsidir.
İlbiz-Quru onurğalılarını daxili qulağının bir hissəsi
olub,orqanizmdə səs analizatorunun perferik şöbəsini təşkil edir.
İmaqo-qanadlı həşəratların inkişafında yetkin mərhələsidir.
İmmiqrasiya-rüşeymin bir qat hüceyrələrdən ibarət mərhələsindən
iki qatdan ibarət mərhələsinə keçməsini əsaslandıran fərziyyələrdən biridir.
İmmunitet-orqanizmin potogen mikroorqanizmlərə və ya onların
zəhərli ifrazatlarına qarşı davamlılığıdır.
İnfakt-orqanlarda öləzimə ocağıdır.orqanı qanla təmin edən
damarın spazması və ya damarın boşluğunda trompun əmələ gəlməsi nəticəsində
orqanın qanla təchizatının pozulmasıdır.
İnfauna-su hövzələrinin dibindəki torpağın daxilində
yaşayan heyvanlardır.
İnfeksiya-insan,yaxud heyvan orqanizmi ilə pategen mikroblar
arasında təkamül prossesində əmələ gəlmiş və qarşılıqlı əlaqəyə əsaslanan mürəkkəb
bioloji prossesdir.
İnfuzorlar-ibtidai heyvanlar yarımaləminin bir tipidir.
İy telləri-sentriollar arasında yerləşən sitoplazmatik
tellərdir.
K
Kalmar-başıalaqlı molyuskaların bir dəstəsidir.
Kambi-oduncaq gövdəli
bitkilərin gövdələrində və budaqlarındakı qabıqla oduncaq arasında yerləşən və
meristem hüceyrələrindən ibarət təbəqədir.
Kapilyarlar-qan-qamar sistemində arteriyalarla venalar
arasında yerləşən və bu damarları bir-biriylə əlaqələndirən tük damarlardır.
Kardiologiya-ürək haqqında elmdir.Kardiologiya ürəyin
quruluşunu,onun əzələlərindəmaddələr mübadiləsini,normal və patoloji halda
funksiyasını və orqanizmin qan-damar sistemini öyrənir.
Kifoz-insanın onurğasında baş verən qeyri-normal əyriliklərdən
biridir-onurğanın döş qəfəsində önə doğru əyilməsidir.
Kirpikli qurdlar-yastı qurdlar tipinin bir sinfidir.
Kista-heyvan və insan orqanizmlərində möhkəm
divarlı,müxtəlif formalı patoloji törəmədir.
Kloaka-arxa bağırsağın genişlənmiş hissəsidir.Buraya
heyvanın həzm,ifrazat və cinsi sistemlərinin axarları açılır.
Kobaçok-qabaqkimilər fəsiləsindən qiymətli tərəvəz bitkisi
hesab olunur.bərk qabığı var.
Korasidi-lentşəkilli qurdların sərbəst üzən kirpikcikli sürfəsidir.o bir müddət suda
üzür,sonra xərçənglər tərəfindən udulur.
Kostioz-qamçılılar sinfinə mənsub olan COSTİA RECATRİX
parazitinin balıqlarda törətdiyi xəstəliksir.
Kolbacıqlar-görmə reseptorlarından biridir.İnsan gözündə
7 milyona qədər kolbacıq var.
Kor ləkə-gözün qişalarından biri olan torlu qişanın görmə
reseptorlarından-kolbacıq və çöpcüklərdən məhrum olan sahədir.Görmə siniri
burdan çıxır.
Kök-bitkilərin əsas vegedativ orqanlarından
biridir.Bitkinin yerüstü hissəsinin torpağa birləşdirilməsində,onun su və
mineral maddələrlə təmin olunmasında,qidalı maddələrin ehtiyat halında
toplanmasında iştirak edir.
Q
Qalxanvari vəz-daxili sekresiya vəzisidir.insanda udlağın
üzərində yerləşir.qalxan şəkillidir.
Qametlər-bitki və heyvan orqanizminin reproduktiv hüceyrəsidir.irsi
məlumatları valideynlərdən nəslə ötürən
və haploid sayda xromosom yığımına malik olan dişi və erkək fərdlərində
qametlərin sayı fərqli olur.
Qamçı-birhüceyrəli heyvanların əsas hərəkət
orqanıdır.sitoplazmatik çıxıntı olub,daimidir.
Qan-birləşdirici toxumanın bir növüdür.Plazmadan və
hüceyrəvi elementlərdən ibarətdir.
Qan damarları-orqanizmdə qandaşıyan və getdikcə şaxələnən əzələvi borulardır.iki
növü var.1arteriya,2vena
Qanqli-sinir hüceyrəsinin və sinir lifləri toplusudur.bir
çox onurğasız və onurğalı heyvanların
hamısında var.
Qaraciyər-onurğalı heyvanların və insanların ən böyük həzm vəzisi.bəzi
onurğasız heyvanlardada ras gəlinir.
Qarağat-firəng üzümü fəsiləsinin bir nümayəndəsidir.100
növü məlumdur.soyuq və mülayim qurşaqlarda yayılmışdır.
Qastrin-zülal təbiətli hormondur.məməlilərin mədəsində
selikli qişanın xüsusi hüceyrələri tərəfindən formalaşdırılır.
Qastrula-çoxhüceyrəli orqanizmlərdə rüşeymin ikiqatlı
inkişaf mərhələsidir.Qastrulanın ikiqat divarı,boşluğu və bu boşluğu xarici
mühitlə əlaqələndirən ilk ağzı vardır.
Qida borusu-həzm kanalının udlaqla mədə arasındakı hissəsidir.Bu
arada qida əhəmiyyətli dəyişimə uğramır,sadəcə ağızda üyüdülmüş,ağız sulu ilə
isladılmış və seliklə əhatə olunmuş qidanın mədəyə ötürülməsində rol oynayır.
Qlobal istiləşmə planetin hər yerində tempraturun intressiv
yuksənməsi deməkdir.bəşəriyyətin qlobal problemlərindən biridir.
Qlükaqon-zülal təbiətli hormon.
L
Labirint-gicgah nahiyədə daxili qulağın əsas komponentlərinin-pərdəli
və zarlı labirintlərin yerləşdiyi sümükdür.
Lakun-özünün xüsusi divarları olmayan,ayrı-ayrı orqan
divarlarının bir-birinə yaxın səthləri arasındakı boşluqdur.
Leykosidlər-qanın formalı elementlərindən biridir.ağ qan
cisimcikləri də deyilir.sümük iliyində,dalaq və linfa düyünlərində yaranır.
Lifli bitkilər-lif almaq üçün becərilən bitkilərdir.2000-dən
çox birillik və çoxillik bitkilərdən alınlr.
Limfa-onurğalı heyvanın və insanın hüceyrəarası
boşluqlarında və limfatik sestemində dövr edən mayedir.
Lipaza-mədənin selikli qişasının əsas hüceyrələrinin
ifraz etdiyi həzm fermentidir.Turş mühitdə fəal olur.
Lipidlər-canlı hüceyrələrin tərkibinə daxil olub,onların həyat
fəaliyyətində mühüm rol oynayan piyvari maddədir.
Litosfer-yer kürəsində canlıların yaşadığı bir təbəqədir.yerin
üst və bərk hissəsi olub,onun 50-200 km-ə qədər olan hissəsini təşkil edir.
Lofofor-koloniya əmələ gətirən briozoylarda,üzərində
çıxıçtıları olan bədənin ön hissəsidir.
Lokus-xromosomda bu və ya digər bir əlaməti müəyyən edən
genin yerləşdiyi yerdir.
Lordoz-anadangəlmə və ya sonradan qazanılmış onurğa əyriliyidir.onurğa
sütununda bel və oma hissədə olan önə əyrilikdir.bu əyriliklər şaquli vəziyyətdə
durmağa imkan verir,yeriyən,qaçan və tullanan zaman meydana çıxan təkanları zəiflədir.
Lizin-əvəzolunmaz amin turşusudur..
Lizosim -ağız suyunun tərkibində olan bioloji fəal maddələrdən
biridir.bakteriosit təsirə malikdir.
Lizosom-hüceyrənin əsas orqanoidlərindən biridir.
M
Makromalekullar-kimyavi birləşmələrlə bağlanan böyük
miqdarda atomlardan ibarət olan polimer
molekullar.
Malpigi boruları-cücülərin əsas ifrazat orqanıdır.bu orqan
nazik divarlı və sərbəst ucu qapalı olan borucuqlardan ibarətdir.
Malyariya-insanda və bir sıra onurğalılarda təsadüf olunan xəstəlikdir.xəstəliyi
PLASMODİUM cinsindən olan parazitlər törədirlər.
Mamır-mamırkimilər şöbəsində birləşən,quruda,bəzən şirin
suda yayılmış avtotrof bitkilər,çoxalması
nəsil nöbələşməsilə gedir.
Mantar qatı-bitkilərdə cavan gövdəninüzərini örtən şəffaf
dəricik hüceyrələrinin altında yerləşən qatdır.
Mantiya-molyuskalarda çanağın altında yerləşən dəri
qatdır.Mantiyanın ifraz etdiyi maddələr çanağı
əmələ gətirir.
Meristema-Bitkilərin ömürləri boyunca bölünə bilən
toxumasıdır.Törədici toxumanın əsas məqsədi hüceyrələrin daima bölünməsini təmin
etməkdir.Bunlarda hüceyrəarası maddə yoxdur,nüvə böyükdür,hüceyrə sitoplazma ilə
tam doludur.
N
Nefron-onurğalı heyvanların əksəriyyətində böyrəklərin əsas quruluş vahidi nefron
adlanır.
Nekton-su qatlarında yaşayan pedial heyvanın məcmusudur.
Nimfa-buğumayaqlıların qeyri-tam metomorfozu ilə müşaiyət
olunan postembrional inkişafın son mərhələsi.
Nuklein turşuları-monomerləri nukleoidlər ona biopolimerlərdir.
Nüvə-hüceyrənin mühüm və zəruri hissəsi olub,onun bütün
həyati prosseslərində iştirak edir.
Nüvə membranı -nüvəni örtən və onu sitoplazmadan ayıran pərdədir.
O
Ofiurlar-dərisitikanlılar tipinin bir sinfidir.
Onfauna-su hövzələrinin dibində yaşayan orqanizmlərin hərəkətli
nümayəndələri qurdlar,mayluskalar və s.təşkil edir.
Onikibarmaq bağırsaq-nazik bağırsağın başlanğıc hissəsidir.
Ontogenez-çoxhüceyrəli orqanizmin formalaşdığı ilk dövrdən
başlayaraq ölənə qədər keçdiyi inkişaf prossesidir.
OOTİP-yastı qurdlarda dişi cinsi üzvü bir hissəsidir.
Operon-zülal sintezi prossesində sıra ilə yerləşən və
ardıcıl təsir göstərən genlər qrubudur.
Orqanoid-hüceyrənin ixtisaslaşmış quruluş komponentidir.
Ortotrop-bitkilərin dik,şaquli istiqamətdə duran orqanları
deməkdir.
Oynaq-onurğalı heyvanların və insanların dayaq-hərəkət
sistemində hərəkətin baş verməsini təmin edən sümüklər birləşməsidir.
Ozon-oksigenin O3 allotropik modivikasiyası.
Ö
Öd-onurğalı heyvanların qaraciyərinin vəzili hüceyrələrində
fasiləsiz əmələ gələn sarımtıl rəngli ifrazat.
Öd kisəsi-onurğalı heyvanlarda və insanda ödün toplandığı
kisə.
Öküz soliteri-yastı qurdlar tipinin lentşəkilli qurdlar
sinfinin bir nümayəndəsidir.
Ötürücü toxuma-bitkilərdə suyun və mineral maddələrin
ba.qa-başqa yerlərə ötürülməsinə xidmət edən toxuma.
Örtülütoxumlular-çiçəkli bitkilərin ən böyük tipidir.
Öz-özünə tozlanma-bitkilərə xas olan və təbiətdə baş verən
tozlanma tiplətindən biridir.
P
Pexinema-meyozun 1-ci plazasında ən uzun sürən mərhələdir.
Paleolit-qədim daş dövrüdür.
Pandemiya-inveksion xəstəliyin geniş yayılmasını və
tüğyan etməsini bildirir.
Panspermiya-həyatın kosmosda müxtəlif vaxtlarda bir neçə
dəfə meydana gəlməsini iddia edən nəzəriyyədir.
Parasimpatik sinir sistemi-vegetativ sinir sisteminin bir hissəsi
olub,qanqliləri innervə etdikləri orqanın yaxınlığındakı və ya həmin orqanın
özündə olur.
Parazit-başqa orqanizmdə yaşayan,ondan qida mənbəyi kimi
istifadə edən,özünü xarici mühitlə,münasibətinin tənzim olunmasını qismən,və ya
tamamilə sahibinə həvalə edən və ona zərər yetirən orqanizmdir.
Parapodi-çoxqilli qurdların nümayəndələrindən bədənin hər
buğumunda yerləşən cüt çıxıçtıdır.
Partenit-sorucu qurdların malyuskada inkişaf edən nəslidir.
Patisson-qabaqkimilər fəsiləsinin ot bitkisi.birillik
bitkidir.
Patau sindromu-insanda 13,14 və15-ci xromosomlarda
trisomiya nəticəsində baş verən xromosom xəstəlikdir.
R
Radopsin-işığa həssas piqmentdir.
Raxit-uşaq orqanizmində D vitamininin çatışmamazlığı nəticəsində
yaranan sümüyün kalsiumlaşdırılmasının pozulması kimi xarakterizə edilən uşaq xəstəliyidir.
Rekon-genetik rekombinasiyanın ən kiçik vahididir.
Reseptor-qıcıqları qəbul edən xüsusi orqan.
Riboza- RNT-nin və nukloidlərin tərkibinə daxil olan
beşkarbonlu monosaxarid.
Ripal-çayların,göllərin və ümumiyyətlə su hövzələrinin kənarı.
S
Saprobluq-hövzələrdə suyun üzvi maddələrlə çirkləndirilməsi.
Saprofitlər-hazır üzvi maddələrlə qidalanan bitkilər.
Sarı ləkə-gözün torlu qişasının kolbacıqlarla və çöpcüklərlə
zəngin hissəsi.
Sekresiya-orqanizmin həyat fəaliyyəti üçün lazım olan
bioloji fəal maddələrin ifrazatı.
Seqment-orqanizmdə nəzərə çarpan bölgülər-buğumlar.
Sensill-zəif sinir ucu.
Sentriol-sentrosomun içərisində çox kiçik mikroskopik iki
komponentdən biri.
Serkari-sorucu qurdların sürfəsi.
Sinir-simpatik qrub,tipə daxil olub,dəstələri özündə
birləşdirir.
Sinir düyünləri-neyronların cisimlərinin və onların
çıxıntılarının toplandığı yer.
Sinqa-insan orqanizmində C vitamininin çatışmazlığından əmələ
gələn xəstəlik.
Sirrus-yasti qurdlarda kopulyativ orqan.
Sirroz-orqanizmin daxili orqanlarında baş verən dəyişimlər.
Sistola-ürək tsiklinin bir fazası-ürəyin yığılması.
Skelet-onurğalı heyvanların və insanın dayağını,hərəkətini
və daxili orqanların müdafiəini təmin edir.
Spirogira-konyuqant yosunlar sinfinin bir cinsi.
Stiqma-qamçılılarda qamçının əsasına yaxın yerləşən
qırmızı,yaxud qonur piqmentli ləkə.
Sürfə-ontogenezdə heyvanların postembrional inkişafının
bir mərhələsi.
Ş
Şampinyon-papaqlı göbələklərin bir növü.
T
Taxıllar-birillik,ikiillik və çoxillik ot bitkilərini əhatə
edir.
Talassemiya-genetik qan azlığı xəstəliyidir.
Tallom-gövdə və yarpaqlarda differensiya etməmiş
canlılarlın bədəni.
Taylı qapaqlar-ürəkdə qulaqcıqlar və mədəciklər arasında
yerləşir.
Telofaza-mitozun və meyozun bir mərhələsi,anafaza və
interfaza arasındakı keçid.
Tenidoz-lentşəkilli qurdlar sinfinə mənsub olan TAENİA
SOLİUM parazitinin insanda törətdiyi xəstəlik.
Terminator-operonun tərkibinə daxil olan və DNT
molekulunun transkripsiasını dayandıran amil.
Tük tüləmə-məməli heyvanlara xas olan tük örtüyünün il ərzində
bir-iki dəfə dəyişilməsi.
Troxofor-həlqəvi qurdların sərbəst üzən armudvari sürfəsidir.
Turizm-ekoloji
təlim və və tərbiyə metodlarından biridir.
U
Ubikvist parazitlər-sahibinin miqrasiyasından asılı
olmayaraq,ilin bütün fəsillərində həm şimalda həm də cənubda təsadüf edilən
parazitlər.
Ulva-yaşıl yosunlar sinfinin uoltrikslər fəsiləsinin bir
cinsi.
Univalent-meyozda
konuqasiya etməyən xromosom.
U xromosomu-cinsiyyət
xromosomu olub insanda və drozofil milçəyində erkək cinsin inkişafını təmin
edir.
Uzaqdan görmə-geniş
yayılmış göz qüsurlarından biri.iki növü var-1anadangəlmə,2qazanılan.
Uzungünlü bitkilər-çiçəkləmə
və sonrakı inkişaf dövrü 12 saatdan az olmayan müddət tələb edən bitkilərdir.uzungünlü
bitkilər əsasən şimal mənşəlidir.məsələn-kətan,yulaf,kök,kartof,buğda.
Ü
Ümumi degenerasiya-təkamül əhəmiyyəti olmayan orqanların sadələşməsi,zəifləməsi
və ya yoxa çıxması.
Ürək-qan-damar və qan dövranı
sisteminin mərkəzi orqanı.
Ürək aftomatizmi-ürəyin
mərkəzi sinir sistemindən asili olmayaraq müəyyən müddət müstəqil işləməsi.
Ürək əzələləri-insanın
və ali onurğalıların əzələ toxumasının bir növü.
Ürəyin tac damarları-Ürəyi
qanla təchiz edən əsas damarlar.
Üzmə qovuğu-bir
çox balıqlara xas olan,onların qarın boşluğunda yerləşən kisəşəkilli orqan.
V
Vaksin-müəyyən xəstəliyin törədicisi üçün hazırlanmış
antigen preparat.
Vakoul-vakolu onurğasızlarda hüceyrədaxili həzmi,ibtidailərdə
isə həm həzmi,həm də ifrazatı təmin edir.
Valin-əvəzolunmaz amin turşusu.Bütün zülalların tərkibinə
daxildir.
Venoz qan-qan
dövranında qanın karbon qazı,maddələr mübadiləsinin lazımsız məhsulları ilə
yüklənmiş olan və oksigendən məhrum qalmış olan hissəsi.
Vestibulyar aparat-daxili
qulağın yarımdairəvi kanallarında və girdə torbacıqlarda yerləşmiş reeptor
aparatı.
Vərəmum-bitkilərin
tumurcuqlarının arılar tərəfindən toplanmış və ağız suyu qarışdırılmış müdafiə növü.
Vəzilər-insan və
onurğalı heyvanlara xas olan,orqanizmin fizioloji fəaliyyətində rol
oynayan,xüsusi bioloji fəal maddələr hazırlayan və ifraz edən orqanlar.
Vitalizm-idealist
nəzəriyyə.bu nəzəriyyəyə görə orqanizmlərdə həyati prosselər maddi olmayan
xüsusi HƏYAT QÜVVƏSİNİN təsiri altında gedir.
Volvoks-qamçılı
sinfinin koloniya halında yaşayan nümayəmdəsi.
Y
Yaddaş-mərkəzi sinir sistemində gedən və fərdi təcrübə
toplamağa,onu yadda saxlamağa və təkrar etməyə kömək edən bioloji sistem.
Yalançı ayaqlar-birhüceyrəlilər yarımaləminin sarkodinlər
sinfinə mənsub olan kök ayaqlıların hərəkətinə və qidalanmalarına xidmət edən
protoplazmatik çıxıntıdır.
Yan xətt orqanı-su heyvanlarınınxüsusi quruluşlu hiss
orqanıdır.
Yarpaq altlığı-yarpaq saplağının gövdəyə birləşdiyi hissə.
Yarpaq çapığı-bitkilərdə
yarpaq töküldükdən sonra qoltuq
tumurcuğunun altında qalan çapıq
Yarpaq damarlanması-yarpaq
ayasının lətli hissəsini tor kimi əhatə edən və yarpağın kollektor sistemini əmələ
gətirən törəmə.
Yuxarı boş vena-başdan,boyundan
və yuxarı ətraflardan venoz qanı ürəyə daşıyan damarlar.
Yuxu-baş
beynin və ümumilikdə orqanizmin xüsusi fizioloji vəziyyəti.
Yuxu arteriyaları-onurğalı
heyvanlarda orqanizmin boyun nahiyəsini və baş beynini qanla təchiz edən
damarlar.
Z
Zebra-bədənini uzunluğu 240 sm,hündürlüyü 140 sm,çəkisi
350 kq olan dördayaqlı, təkdırnaqlı heyvandır.
Zəfəran-süsən fəsiləsinin köküyumrulu-soğanaqlı cinsinin
bir nümayəndəsidir.
Zəhərli bitkilər-Tərkibində
zəhərləyici maddələr olan bitkilərdir.
Ziqoqamiya-bəzi
ibtidai bitkilərdə və göbələklərdə cinsi prosesin xüsusi formasıdır.
Ziqomorf çiçək-bitkilər
aləmində rast gəlinən monosimmetrik çiçək.
Zoospor-bir çox
yosunlarda və göbələklərdə təsadüf edilən qeyri-cinsi yolla əmələ gələn spor.
Zoofiliya-heyvanlara-hüsn-rəğbət
bəsləmək,onları sevmək deməkdir.
Zülal-tərkibində
zülal,karbon,hidrogen,oksigen,azot,kükürd,fosfor olan üzvi maddədir.
Комментариев нет:
Отправить комментарий