Biologiyanın digər fənlərlə əlaqəsi


Təbiət elmlərinin digər elmlərə təsiri
Ənənəvi olaraq elm dedikdə daha çox fundamental təbiət elmləri (natural science) nəzərdə tutulur, texnoloji inkişaf üçün isə mühəndislik elmlərinə (artificial science) ehtiyac vardır. Elm fundamental bilikləri əldə edir. Ona söykənən mühəndislik elmi isə, artıq məlum qanunlara əsasən istehsalat yaradır və onun davamlılığına ciddi diqqət edir.
Müasir təbiətşünaslığın ən səciyyəvi cəhətlərindən biri də elmlərin qarşılıqlı təsirinin olmasıdır. Buna görə də müasir dövrdə təbiətşünaslıqdakı sintetik ənənə daha çox əhəmiyyət kəsb edir. Müxtəlif elmlərin əldə etdiyi nailiyyətlərdən biri də obyektin öyrənilməsində inteqrasiyaya daha çox fikir verilməsidir. Sintetik ənənə müxtəlif elmlərin qovuşduğu yerlərə aid biliklərin müəyyən edilməsində özünü xüsusilə büruzə verir. Son illərdəki elmi ixtira və kəşflərin əksəriyyətini sintetik elmlərə aiddir. Biliklərin sintezi sayəsində müasir təbiətşünaslıqda maddənin təkamülü və onun bir-birinə keçən müxtəlif növ quruluş əlaqələri haqqında bitkin və püxtləşmiş nəzəriyyələr yaranır. Minerallarla canlılar arasındakı əlaqələr açılır. Canlı və cansız aləm arasındakı sərhədin şərti olduğu daha çox nəzərə çarpır.
Təbiət elmlərinin öyrənilməsi daha dərin elmi biliklər və maliyyə tələb edir, lakin birbaşa texnoloji inkişaf ilə bağlı olan isə mühəndislik elmləridir. ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya  Fransa kimi güclü dövlətlər fundamental biliklər əldə etmək üçün təbiət elmləri ilə məşğul olurlar. Kiçik dövlətlər daha çox tez bir zamanda sənayedə istifadə oluna biləcək mühəndislik elmlərinə üstünlük verilir.

Kimya, fizika, biologiya, riyaziyyat elmləri təbiət elmi kimi tarix boyu öyrənilərək inkişaf edib. Onunla müqayisədə kimya mühəndisliyi, biotexnologiya, elektrik-elektronika mühəndisliyi elmləri hələ inkişafın astanasında sayılır

Комментариев нет:

Отправить комментарий