Dərman bitkiləri müxtəlif xəstəliklərin mülicəsi və profilaktikasında
istifadə olunan geniş bitki qrupudur. Dərman bitkilərinin müalicəvi xassəsi
onların tərkibindəki fizioloji təsiredici fəal maddələrin (alkaloidlər,
qlikoidlər, flavonoidlər, vitaminlər, aşı maddələri, kumarinlər, efir yağları
və bir sıra turşular, mikroelementlər, fermentlər) olması ilə əlaqədardır.
Müasir dövrdə kimya-əczaçılıq sənayesi
tərəfindən istehsal edilən dərman maddələrinin 40 faizini dərman bitkilərinin
xammalı təşkil edir.
Araşdırmalar zamanı müəyyən edilmişdir
ki, ürək-damar, mədə-bağırsaq, sinir sistemi, qara ciyər və böyrək
xəstəliklərinin müalicəsində istifadə olunan dərman bitkilərinin xammalı 80-90
faiz təşkil edir.
Respublikamızın elmi təbabətində 200
növə yaxın dərman bitkilərindən istifadə olunur. Hər il min tonlarla dərman
bitkiləri tədarük olunur. Bu kütlənin 50 faizini yabanı dərman bitkiləri təşkil
edir.
Комментариев нет:
Отправить комментарий