Dərman bitkiləri müxtəlif xəstəliklərin mülicəsi və profilaktikasında
istifadə olunan geniş bitki qrupudur. Dərman bitkilərinin müalicəvi xassəsi
onların tərkibindəki fizioloji təsiredici fəal maddələrin (alkaloidlər,
qlikoidlər, flavonoidlər, vitaminlər, aşı maddələri, kumarinlər, efir yağları
və bir sıra turşular, mikroelementlər, fermentlər) olması ilə əlaqədardır.
Müasir dövrdə kimya-əczaçılıq sənayesi
tərəfindən istehsal edilən dərman maddələrinin 40 faizini dərman bitkilərinin
xammalı təşkil edir.
Araşdırmalar zamanı müəyyən edilmişdir
ki, ürək-damar, mədə-bağırsaq, sinir sistemi, qara ciyər və böyrək
xəstəliklərinin müalicəsində istifadə olunan dərman bitkilərinin xammalı 80-90
faiz təşkil edir.
Respublikamızın elmi təbabətində 200
növə yaxın dərman bitkilərindən istifadə olunur. Hər il min tonlarla dərman
bitkiləri tədarük olunur. Bu kütlənin 50 faizini yabanı dərman bitkiləri təşkil
edir.
Kəklikotu.
Kəklikotu quru,
daşlı kirəcli yerlərdə meşə çöl yamaclarında bitir.Kəklik otundan yeyinti və
ətriyyat sənayesində əczacılıqda istifadə edilir. Yarpaqlarında efir yağı ,S
vitamini var.Yarpağının duru ekstraktı və dəmləməsi bəlğəmgətirici vasitə kimi
işlədilir.Kəklikotu ot və balıqdan hazırlanan xörəklərdə işlədilir. Ondan çaya
ətir vermək ücün də istifadə edilir. Kəklikotunu qurudub ,narın döydükdən sonra
çay kimi dəmləyir ,diş və boğaz ağrısında qarqara edirlər.
Gicitkan.
Yolların kənarında kölgəli
,rütubətli meşələrdə ,hasarların ,çəpərlərin dibində bitir. Dalayıcı tükcükləri
olur. Gicitkanın tərkibində S,K,B vitaminləri A provitamini olur.
Təbabətdə gicitkanın yarpaqları dəmləmə və quru ekstrakt halında bir
sıra xəstəliklərin o cümlədən mədə bağırsaq xəstəliklərində ,daxili
qanaxmalarda qankəsici ,bağırsaqların iltihabını aradan qaldıran dərman kimi
,habelə qanazlığında ,raxit ,sinqa xəstəliyində və s geniş istifadə
edilir.Yarpaqlar dəri xəstəliklərində yarasağaldıcı vasitə kimi
işlədilir.Gicitkandan kulinariyada qutab ,göyərti şorbası ,kükü hazırlayırlar.
Andız
(Uca andız, Inula
hеlеnium). Məhəmməd Mömin (vəfatı 1697 il) qеyd еdir ki, andızın yarpaqlarının cövhəri bağırsaqlarda yеlin (qazın) yığılmasında xеyirlidir, mədəni möhkəmləndirir, həzm
orqanlarında ağrının qarşısını alır. 12 q andız opopanaksla güclü işlətmə
dərmanıdır. Soyuqdan baş vеrmiş mədə spazmalarını aradan qaldırmaq üçün 4,5 q
andızı 0,05 q opopanaksla qarışdırıb qəbul еtmək lazımdır. Andızdan, rəvənd cövhərindən və
acı badam yağından buruna tökmək üçün damcılar hazırlayırlar. Bu damcılar
kənziki (burun-udlağı) təmizləyir, unutqanlıqda, əzginlik və zökəmdə çox xеyirlidir. Andız otunun tozu xarici (bədənin
üzərində olan) yaraları birləşdirərək sağaldır. Bununla, bеlə andızın bağırsağa ziyanı var. Onu ərəb
qatranı tarazlaşdırılır. Andızı mərzə ilə əvəz еdirlər. Andız cövhərinin dozası – 23, 5 q təzə
yarpaqların isə - 9 q-dır.
İbn Sina qеyd еdir ki, andız oturaq sinirinin iltihabında, oynaq ağrılarında, soyuqdəymədə və əzələ qırılmalarında kömək еdir. Andızın həlimi bəlğəmgətirici təsirə malikdir. Gövdəsinin həlimi, xüsusilə şərbəti, sidikqovucu və aybaşıqovucu kimi istifadə olunur.
Ənənəvi Tibеt təbabətində andız mədə həzmеtməməsində, iştaha azlığında, kostusla və boz mirobalanla bərabər isə ürək xəstəliklərində, dalaq və qabırğaarası sancılarda istifadə еdilir.
Andızın başqa növü monqol xalq təbabətində işlədilir. Çiçəklərini şişlərdə və sinqa xəstəliyində (C vitamininin çatışmazlığı) istifadə еdirlər. Andız mürəkkəb qarışığın tərkibində olaraq monqol və Tibеt təbabətində sıxıcı pеysər ağrılarında, mütamadi əsnəməkdə, baş ağrılarında, ruh düşkünlüyündə, unutqanlıqda və həddindən artıq yorğunluqda müalicə üçün istifadə еdilir.
Azərbaycan xalq təbabətində andız çiçəklərinin dəmləməsi (çayı) bəlğəmgətirici vasitə kimi işlədilir. Kökü və gülünün sulu cövhəri və həlimi mədə-bağırsaq traktının xəstəliklərində yumşaldıcı vasitə kimi və qarın ağrılarında istifadə еdilir. Yarpaq və çiçəklərinin dəmi ələş xəstəliyinə (hidropos, bədən boşluqlarına suyun dolması) qarşı vasitədir. Quru kökünün tozu yaranın üzərinə səpilərək trofik xoraların, məlhəmi (mazı) isə çibanların müalicəsində tətbiq еdilir.
İbn Sina qеyd еdir ki, andız oturaq sinirinin iltihabında, oynaq ağrılarında, soyuqdəymədə və əzələ qırılmalarında kömək еdir. Andızın həlimi bəlğəmgətirici təsirə malikdir. Gövdəsinin həlimi, xüsusilə şərbəti, sidikqovucu və aybaşıqovucu kimi istifadə olunur.
Ənənəvi Tibеt təbabətində andız mədə həzmеtməməsində, iştaha azlığında, kostusla və boz mirobalanla bərabər isə ürək xəstəliklərində, dalaq və qabırğaarası sancılarda istifadə еdilir.
Andızın başqa növü monqol xalq təbabətində işlədilir. Çiçəklərini şişlərdə və sinqa xəstəliyində (C vitamininin çatışmazlığı) istifadə еdirlər. Andız mürəkkəb qarışığın tərkibində olaraq monqol və Tibеt təbabətində sıxıcı pеysər ağrılarında, mütamadi əsnəməkdə, baş ağrılarında, ruh düşkünlüyündə, unutqanlıqda və həddindən artıq yorğunluqda müalicə üçün istifadə еdilir.
Azərbaycan xalq təbabətində andız çiçəklərinin dəmləməsi (çayı) bəlğəmgətirici vasitə kimi işlədilir. Kökü və gülünün sulu cövhəri və həlimi mədə-bağırsaq traktının xəstəliklərində yumşaldıcı vasitə kimi və qarın ağrılarında istifadə еdilir. Yarpaq və çiçəklərinin dəmi ələş xəstəliyinə (hidropos, bədən boşluqlarına suyun dolması) qarşı vasitədir. Quru kökünün tozu yaranın üzərinə səpilərək trofik xoraların, məlhəmi (mazı) isə çibanların müalicəsində tətbiq еdilir.
Üzərlik
Sidik kisəsi
və sidik yolları iltihabları zamanı üzərliyin dəmləməsi təsili müalicəvi vasitə
kimi istifadə oluna bilər.
Üzərlik
həmçinin bağırsaqlara işlədici təsir edir.
Xalq
təbabətində üzərliyin dəmləməsi mərkəzi sinir sistemi xəstəlikləri zamanı
istifadə olunur. Üzərlik beyinin damarlarını genişləndirir, beyində qan
dövranını yaxşılaşdırır.
Üzərliyin toxumu oynaq ağrılarının birinci dərmanıdı. Təpitməsi
isti-isti bədənin ağrıyan yerinə
qoyulanda ağrıları kəsir. Yanan üzərliyin tüstüsü də çox
xeyirlidir - mikrobları öldürür, sakitləşdirir, yuxusuzluqla mübarizə aparmağa
kömək edir.
Zəfəran
Zəfəran qədim çağlardan bəri ağrıkəsici və təzyiqi
sabitləşdirən vasitə kimi istifadə edilib.
Dövrümüzün ən bahalı ədviyyatlarından biridir. Tərkibində 150-dən çox xüsusi maddə var. Araşdırmalar göstərib ki, xüsusilə, xərçəngə qarşı təsirlidir. Həzm sistemi problemlərini həll edir .Zəfəranı az miqdarda xörəklərə əlavə etmək və ya çayını içmək olar. Ancaq dozanı aşmamaq lazımdır. Həddən artıq qəbul edildikdə zəhərlənməyə, dəri və gözün saralmasına, qusmaya, başın hərlənməsinə, qanlı ishala, burun, dodaq və göz qapaqlarında qanamaya səbəb ola bilər. Bir dəfəyə 12-20 qram zəfəran qəbul etmək ölümə səbəb ola bilər. Maksimum 30 mq. qəbul etmək lazımdır.
Dövrümüzün ən bahalı ədviyyatlarından biridir. Tərkibində 150-dən çox xüsusi maddə var. Araşdırmalar göstərib ki, xüsusilə, xərçəngə qarşı təsirlidir. Həzm sistemi problemlərini həll edir .Zəfəranı az miqdarda xörəklərə əlavə etmək və ya çayını içmək olar. Ancaq dozanı aşmamaq lazımdır. Həddən artıq qəbul edildikdə zəhərlənməyə, dəri və gözün saralmasına, qusmaya, başın hərlənməsinə, qanlı ishala, burun, dodaq və göz qapaqlarında qanamaya səbəb ola bilər. Bir dəfəyə 12-20 qram zəfəran qəbul etmək ölümə səbəb ola bilər. Maksimum 30 mq. qəbul etmək lazımdır.
Zirinc
Zirinc "ağır" qidaların
mənimsənilməsini sürətləndirir və asanlaşdırır. Bu
səbəbdən zirinc tez-tez ət yeməklərinə əlavə olunur. Zirinc dəmləməsi öskürək, angina, nəfəsalma orqanların
iltihabları zamanı çox yaxşı müalicəvi təsir edir. Dəmləməni hazırlamaq üçün 1 çay qaşığı qurudulmuş
zirinc 1 fincan qaynar suda 1/2 saat ərzində dəmlənilir, 1/2 çay qaşığı bal
əlavə olunur və içilir. Belə dəmləmə həmçinin immun siteminə də çox müsbət
təsir edir, orqanizmi möhkəmləndirir, orqanizmin virus və bakteriyalara olan
davamlılığını artırır.
Zirinc arterial təzyqin və qanda şəkərin
tənzimlənməsinə müsbət təsir edir.
Yemişan
Yemişan xüsusilə ürək-damar və sinir sistemi üçün
faydalıdır. Bir
çox ürək üçün olan və sakitləşdirici dərman preparatların tərkibinə yemişan
ekstraktı daxil edilir.
Yemişanın
tərkibində olan xeyirli maddələr ürəyin tac damarlarını və beyin damarlarını
genişləndirir, sinir sistemində olan oyanıqlığı azaldır.
Yemişan
ürək əzələsini tonuslaşdırır, taxikardiya və aritmiyanı aradan qaldırır.
Yemişan ürəyin və beyinin oksigenlə təchizatını
artırır, maddələr mübadiləsini yaxşılaşdırır, yuxusuzluqla mübarizədə kömək
edir, qanda xolesterinin səviyyəsini azaldır.
Yemişan
yaşlı insanlar üçün çox xeyirlidir. Homeopatlar (təbii vasitələrlə müalicə edən
həkimlər) yemişanı "qoca ürəyin dərmanı" adlandırırlar. Bu
giləmeyvənin əsasında hazırlanmış preparatlar işemik xəstəliyi, ürək
çatışmazlığı müalicəsi zamanı istifadə olunur.
Ağır və uzunsürən xəstəliklərdən sonra yemişan daha
tez sağalmağa kömək edir. İnfarkt keçirilmiş insanlar üçün bu giləmeyvə çox
xeyirlidir.
Yemişan
iltihab və mikrobəleyhinə təsir edir. Bəzi araşdırmalar təsdiq edir ki, yemişan
şişəleyhinə təsirinə malikdir.
Pişikotu
Körpələr
üçün pişikotu dəmləməsi əlavə olunmuş vannalar çox xeyirlidir - yaxşı
sakitləşdirir, tez yuxuya getməyə kömək edir.
Pişikotu
həm də ürək-damar sistemi xəstəliklərində və pozulmalarında da yaxşı kömək
edir. Taxikardiya, hipertoniya, ürəkdə ağrılar zamanı pişikotu geniş istifadə
olunur. Bitki qan dövranını yaxşılaşdırır, damarları genişləndirir, arterial
təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini tənzimləyir.
Pişikotu tək sinir və ürək-damar sisteminə deyil,
mədə-bağırsaq sisteminə də müalicəvi təsir edir. Güclü spazmolitik
xüsusiyyətlərinə malik olan pişikotu qida borusu, bağırsaq, mədə spazmları
zamanı çox yaxşı effekt verir, köpdən azad edir, qəbizlik zamanı xeyirlidir,
mədə şirəsinin ifrazını artırır, iştahanı yaxşılaşdırır.
Pişikotu qara ciyər və öd kisəsinin fəaliyyətinə
müsbət təsir edir, orqanizmi qurdlardan təmizləyir.
Bundan əlavə pişikotu bronxial astma, neyrodermit, ağ
ciyər iltihabı zamanı da istifadə olunur
Adaçayı
Boza çalan yaşıl və qoxulu yarpaqları ilə xüsusilə qış aylarının
məşhur çaylarından sayılan adaçayından yaddaşı gücləndirməkdən tutmuş diş və
diş əti xəstəliklərinə qədər bir çox xəstəliyin müalicəsində istifadə
edilmişdir. Adaçayının dəriyə faydalarına gəlincə, bitkidən əldə edilən
yağ dəri qızartısını aradan qaldırmaq, saçda kəpəyin meydana gəlməsinin
qarşısını almaq, sellülitləri azaltmaq kimi bir sıra xüsusiyyətlərə
malikdir.
Dəri qızartılarının
müalicəsi
Adaçayı dəridə qızartı yaradan dəri xəstəliklərə müsbət təsir edir.
Aparılan araşdırmalara görə, adaçayı yağından dəri səthində istifadə edildiyi
zaman hidrokortizona oxşar təsir yaradır və dəri qızartılarını aradan götürür.
Kəpəyin
müalicəsi
Kəpək problemi olan saç dərisinə adaçayı yağı ilə
nizamlı olaraq masaj etmək kəpəyin meydana gəlməsini əhəmiyyətli ölçüdə
azaldır. Bundan başqa, gündəlik şampununuza bir neçə damcı adaçayı əlavə
edərək kəpəyin müalicəsində istifadə edə bilərsiniz.
Jenşen
Qədimdə bu bitki
"ölümdən başqa bütün xəstəliklərin dərmanı" sayılırdı və həqiqətən də
çox yaxşı kömək edirdi. Jenşen cavanlığı qoruyan, insanın ömrünü uzadan vasitə
sayılırdı. Jenşenin köməyi ilə bir çox xəstəlikləri müalicə edirdilər -
impotensiya, yuxusuzluq, ürək xəstəlikləri, müxtəlif yaralar və xoralar və s.
Hal hazırda jenşenin faydalı xüsusiyyətləri ənənəvi tibdə təsdiq olunub.
Bu bitki bir çox dərman preparatların tərkibinə daxil edilir.
Müalicə zamanı əsasən
jenşenin kökündən istifadə olunur. Jenşen kökünün çox maraqlı forması var - kök
insana bənzəyir.
- Jenşen
ümumimöhkəmləndirici təsirə malikdir. Bu səbəbdən bitki immunteti
möhkəmləndirən bir çox preparatların tərkibinə daxildir. Jenşen orqanizmin
müxtəlif infeksiyalara qarşı davamlılığını artırır, sağalmanı tezləşdirir.
- Bitki insanın
mərkəzi sinir sisteminə çox müsbət təsir edir - yaddaşı möhkəmləndirir,
yuxusuzluqdan və depresiyalardan azad edir, stresi azalıdr, nevrasteniya zamanı
kömək edir.
- Jenşen təbii
tonuslaşdırıcı vasitədir - insanı daha gümrah və fəal edir, əqli yorğunluğunu
azaldır, iş qabiliyyətini yaxşılaşdırır.
- Jenşen ürək-damar
sisteminə olduqca müsbət təsir edir, ürək-damar sistemi xəstəliklərinin
inkişafının qarşısını almağa kömək edir - ürəyin əzələsini qoruyur, arterial
təzyiqi tənzimləyir, qanda xolesterinin səviyyəsini aşağı salır, damarlarda
trombların əmələ gəlməsinin qarşısını alır.
- Jenşen qanda
şəkərin səviyyəsini aşağı salır.
- Kişilər üçün jenşen
xüsusilə xeyirlidir. Jenşen cinsi zəifliyi aradan qaldırmağa kömək edir, cinsi
funksiyanı və spermoqrammanın nəticələrini yaxşılaşdırır. Məhz bu səbəbdən
jenşen kişi sonsuzluğu, spermatogenezin (spermanın "istehsalı")
müxtəlif pozulmaları, impotensiya zamanı tez-tez istifadə olunur.
- Jenşen qadınlarda
menstrual funksiyanın yaxşılaşmasına kömək edir.
- Jenşen mübadilə
prosesləri yaxşılaşdırır, piylərin parçalanmasını sürətləndirir. Bu səbəbdən
jenşen arıqlamaq üçün olan müxtəlif preparatların tərkibinə daxil edilir.
- Jenşen kökünün və
yarpaqların dəmləməsi sağalmayan yaraların və xoraların müalicəsində istifadə
olunur.
- Jenşen dərinin
vəziyyətinə çox müsbət təsir edir - dəridə mübadilə prosesləri və qan dövranını
yaxşılaşdırır, hüceyrələrin yenilənməsini sürətləndirir, dərini daha dartılmış
və elastik edir.
Комментариев нет:
Отправить комментарий