четверг, 27 октября 2016 г.

İnsanlar haqqında maraqlı məlumatlar.

Yalnız 2 milyardan bir insan 116 yaşı adlayır.

Təyyarədə uçduğu zaman insanın saçlarının artmasının sürəti 2 dəfə çoxalır.

İnsanların 1%-i infraqırmızı şuanı, 1%-i də ultrabənövşəyi şuanı görə bilirlər.

Hər il sağəlli insanlar üçün nəzərdə tutulan mexanizmlərin istifadəsi prosesində yaranan səflər ucbatından iki mindən çox insan ölür.

Uşaqlar ən çox yazda böyüyürlər.

İnsan ürəyi qanı dördüncü mərtəbə səviyyəsinə qaldırmağa kifayət edən təzyiq yaradır

Yuxu zamanı insan televizora baxdığı zaman daha çox kalori itirir.

Bir tir kərəviz yemək üçün onda olan enerjidən çox enerji sərf olunur.

Gülümsəmək üçün üzün 40 əzələsini hərəkətə gətirmək lazımdır, tüfəngi hərəkətə gətirmək üçünsə cəmisi 4 əzələni hərəkətə gətirmək lazım gəlir.

Həyatı boyu insan 40 ton müxtəlif ərzaq istehlak edir.

Əgər insan orqanizmindəki bütün dəmir elementləri bir yerə yığılsa, qol saatı üçün balaca vint alınar.

Orta hesabla insan il ərzində 720 litr su içir, bütün həyatı boyu isə 35 000 bulka və 70 000 kotlet yeyir.

95% insan çox yavaş sürətlə kitab oxuyurlar, bir dəqiqəyə 180-22 söz. (1 səhifəni 1.5-2 dəqiqəyə)

Çinin bəzi yerlərində çaya qənd əvəzinə duz tökürlər
.

Maraqlı məlumatlar

                                                                    QARTAL
Qartal quş növləri içində ən uzunömürlüsüdü.70 ilə qədər yaşayan qartallar vardır. Ancaq bu yaşa çatmaq üçün, 40 yaşında çox ciddi və çətin bir qərarı vermək məcburiyyətindədir. Qartalın yaşı 40 olanda pəncələri sərtləşər, elastikliyini itirər və buna görə də ovlarını tuta bilməz. Dimdiyi uzanar və sinəsinə doğru qıvrılar. Qanadları yaşlanır və ağırlaşır. Tükləri qartlaşar və qalınlaşar.

                              Balıqlar haqqında maraqlı məlumatlar.


O, dənizi də sizin xidmətinizə verdi ki, ondan yemək üçün təzə balıq və taxmaq üçün bəzək şeyləri əldə edəsiniz. Sən gəmilərin dənizi yara-yara üzdüyünü görürsən. Bütün bunlar Allahın lütfündən sizə nəsib olanları axtarıb tapmağınız və şükür etməyiniz üçündür.  (Nəhl surəsi, ayə 14)   

Məsələ




Məsələlər



четверг, 20 октября 2016 г.

Hansı heyvan nə qədər yaşayır?

1. Timsah - 300il
2. Durnabalığı - 200il
3. Nəhəng tısbağa - 200-300 il
4. Tutuquşu - 140 il
5. Nəhəng salamandra - 130 il
6. Qarğa - 100 il
7. Qartal - 80 il
8. Quzğun - 70 il
9. Fil - 60 il
10. Naxa balığı - 70-80 il
11. Bayquş - 50-80 il
12. Balina - 50-80 il
13. Qorilla, şimpanze, oranqutan - 50-60 il
14. Gərgədan - 40-50 il
15. Ayı, şir - 40-50 il
16. Dəvəquşu - 35-40 il
17. Quru qurbağası - 36 il
18. Qunduz - 35-50 il
19. Pələng - 30 il
20. Göyərçin - 30-35 il
21. Qızılbalıq - 30 il
22. Su ilanı - 25 (30) il
23. Ankvilla - 25(50) il
24. Zəli - 20(30) il
25. Fırtına quşu - 20 (26) il
26. Maral - 20 il
27. Çay xərçəngi - 16 il
28. Boz vag - 15 il
29. Canavar - 15 il
30. Cüyür - 15 il
31. Sarı vag - 12-13 il
32. Ağ leylək - 11 il
33. Tülkü - 10-12 il
34. Şəfəq bülbülü - 10-11 il
35. Dovşan, sincab - 10 il
36. Uzunqanad - 9 il
37. Qara leylək, sarı köynək - 8 il
38. Qaratoyuq - 7-10 il
39. Oxuyan qaratoyuq- 7-8 il
40. Qaranquş - 6-9 il
41. Qur-qur - 6 il
42. Sığırçın - 5-9 il
43. Ağacdələn, sərçə - 5 il
44. Qurbağa - 5 il
45. Böyük ayıqapan - 4-5 il
46. Cırcırama, mayböcəyi - 1-2 ay
47. Arı - 40-45 gün
48. Milçək - 25 gün
49. İnfuzor- 1 gün
49. Amöb- 1 gün
www.legend.az

Pomidor

1830-cu ile qeder pomidorun zeherli oldugu dusunulurdu. Ilk dadina baxanlar ise italiyanlar oldu.



Pomidor (italyan dilindən pomo d'oro – qızıl alma sözündən) badımcançiçəklilər fəsiləsindən bitki cinsi. Birillik, yaxud çoxillik (tropiklərdə) ot və ya yarımkollardır. Vətəni Cənubi Amerikadır. Yabanı növləri PeruEkvador və Çilidə tapılmışdır. Avropada 16 əsrin ortalarında meydana gəlmişdir. Rusiyada 1780 ildən mövcuddur. Pomidor cinsi üç növə bölünür adi pomidor (Lycopersicon esculentum), Peru pomidoru (L. peruvianum) və tüklü pomidor (L. hirsutum). Adi pomidorun üç yarımnövü, təxminən 2000 sort və forması var. Yarpaqları təklələkvarı bölümlü, çiçəyi sarıdır. Müxtəlif çalarlı qırmızı, çəhrayı, sarı və ağ meyvəsi yastı, yumru, uzunsov-oval, armudvarı və ellipsvarıdır. Diametri 3-dən 10 sm-dək, çəkisi 20-900 q-dək və daha çox olur. Tərkibində 4,5-8,1% quru maddə, o cümlədən 50% həll olan şəkərlər (monozlar), 3,5-8,5% üzvi turşular, natriumkaliumkalsiumdəmirfosfor, C, B1, B2, PP vitaminləri, karotin və s. var. Meyvəsi 80-140 günə yetişir. Pomidor istisevən bitkidir, 15 °C-dən aşağı temperaturda bitki adətən çiçəkləmir. Quraqlığa nisbətən davamlıdır. Pomidoru bütün torpaqlarda yetişdirmək olar.

понедельник, 17 октября 2016 г.

Buğdanın cücərməsi

 Buğdanı ev şəraitində hazırlamaq çox asandır. Dükandan qidalı buğda alın, təmiz enli şüşə və ya minalanmış qaba tökün, üzərinə ilıq suda isladılmış tənzif qoyun və ev şəraitində saxlayın (səməni cücərtdiyimiz kimi).
Cücərdilmiş buğda ümumi möhkəmləndirici, cavanlaşdıran və müalicəvi vasitə kimi istifadə olunur.
Xarici ölkələrdə hazır cücərdilmiş buğda vakuum qablaşdırmalarda supermarketlərdə satılır. Cücərdilmiş buğda həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, sinir sisteminin funksiyalarına müsbət təsir edir, immuniteti gücləndirir, xərçəng xəstəliklərin profilaktik vasitəsi sayılır. Təbii ki, cücərdilmiş buğdanın faydalı xüsusiyyətlərindən faydalanmaq üçün onu hər gün 50-100 qr həcmində qəbul etmək lazımdır. Cücərdilmiş buğdanı daim qəbul edən insanlar iş qabiliyyətinin, fəallığının artmasını hiss edirlər.
Adi buğda ilə müqayisədə cücərdilmiş buğdanın kimyəvi tərkibi xeyli dəyişilir. Cücərdilmiş buğda zülallar, E, B qrupu vitaminləri, sink, dəmir, kalium və s. mikro- və makroelementlərlə çox zəngindir.
E vitamini orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır, bərpa proseslərini sürətləndirir.
Həmçinin cücərdilmiş buğda B vitaminləri qrupu ilə zəngindir. Bu vitaminlər bizim sinir və mədə-bağırsaq sistemimiz üçün çox vacibdir.
Cücərdilmiş buğdanın tərkibində olan fol turşusu orqanizmin qanyaradan funksiyası üçün çox vacibdir. Həmçinin fol turşusu hamilə qadınların əsas vitamini sayılır. Fol turşusu döldə sinir sisteminin qusurlarının qarşısını alan əsas vasitə kimi tanınır. Məhz bu səbəbdən hamilə qadınların hamısına həkimlər fol turşusunu təyin edirlər.
Sink insanın immun sisteminə çox müsbət təsir edir, dərini qocalmaqdan saxlayır. Bu xüsusilə qadınlar üçün vacibdir. Kosmetik sənaye tərkibində cücərdilmiş buğda olan çoxsaylı kremlər və maskalar istehsal edir.
Sink həmçinin insanın cinsiyyət sisteminə də çox müsbət təsir edir. Kişi cinsiyyət sisteminin normal fəaliyyəti üçün sink elementi olduqca vacibdir. Sink spermatozoidlərin hərəkətliliyini artırır. Sonsuzluqdan əziyyət çəkən kişilər bu təbii müalicəvi vasitədən istifadə edə bilərlər.

Hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və  Azərbaycanda  taxıl  buğdasından  səməni yetişdirilir. Səməni ilk çərşənbə axşamına yaxın zamanda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerdə qoyulur.


воскресенье, 9 октября 2016 г.

Heyvanlardan insanlara keçən xəstəliklər

Heyvanlardan insanlara keçən xəstəliklər
Qoturluq
Dərinin parazit xəstəlikləri başlıca olaraq qoturluq gənəsi tərəfindən (qoturluq xəstəliyi) və bitlərlə (bitlilik) törədilir. Yoluxucu xəstəliklərdir. Yoluxma bilavasitə xəstə ilə təmasa olduqda, habelə onun yataqda camaşırından və paltarından istifadə etdikdə keçir. Parazit xəstəlikləri baş verməsinə natəmizlik, sanitariya-gigiyena qaydalarının pozulması, adamların sıx toplanması (vağzal, körpü və b. yerlərdə), ayrı-ayrı şəxslərin mədəni səviyyəsinin alçaqlığı və sanitariya-maarifi işlərinin zəif quruluşu səbəb olur.
Qoturluq- bədənə qoturluq gənəsinin dişisi düşdükdə baş verir (gənənin erkək dişini mayaladıqdan sonra məhv olur). Dişi gənə dərini sancmaqla dəridə onun səthinə paralel («tunel» - qoturluq yolu açır. Bunun əsas subyektiv əlaməti əksəriyyətlə gecə vaxtı bərk geyişmədir. Dəri səthində qeyd olunan obyektiv əlamətləri dəri üzərində yayılmış düyünlü-qovuqcuqlu səpgilərdir. Bunlar (gənənin hərəkət yolu boyunca) qaşınma xətti üzrə yerləşir.
Müalicə. Qoturluğun müalicəsi üçün kükürd məlhəmindən istifadə edilir. Bu məlhəmi 4-6 gün ərzində gündə 1 - 2 dəfə bədənə sürtürlər. Bütün müalicə günləri alt paltar və yataq camaşırı dəyişilmir və yuyunmaya icazə verilmir.

                                                       Bruselyoz
Bruselyoz xəstəliyi xəstə heyvanlardan insana keçən və daha çox sümük oynaq sistemini-dayaq-hərəkət aparatını zədələyən yoluxucu xəstəlikdir.
Xəstəliyin törədicisi Brucella adlanan bakteriyalardır. Bruselyoz xəstəliyi bir çox hallarda insan sağlamlığına ciddi və davamlı zərər yetirir, vaxtında müalicə olunmadıqda iş qabiliyyətinin uzun müddət ərzində itirilməsinə və hətta əlilliyə səbəb ola bilər.
Bruselyoz xəstəliyi zamanı cinsiyyət və sidik-ifrazat sistemi də zədələnə bilər. Nadir hallarda xəstəlik ölümlə nəticələnir. Xəstəliyin əlamətləri insan bu infeksiyaya yoluxduqdan 5-60 gün sonra büruzə verə bilər. Bruselyoz xəstəliyinin əlamətləri dalğavari hərarət, titrətmə və üşütmə, üfunətli tərləmə, zəiflik və halsızlıq, bel nahiyəsində və  oynaqlarda ağrılar, oynaqların şişməsi, iştahsızlıq və çəkinin azalması ilə özünü göstərir. Depressiya-ruh düşkünlüyü, yuxunun və diqqətin pozulması da əlamətlərdən ola bilər.
. Bruselyoz xəstəliyindən necə qorunmaq olar?
Qaynadılmamış və  pasterizə edilməmiş südün və belə süddən hazırlanmış qida məhsullarının istifadəsindən  çəkinmək lazımdır.
Heyvan sahibləri, sallaqxana işçiləri, qəssablar, çobanlar, sağıcılar, heyvanlarla və heyvan cəsədləri ilə təmasda olanlar şəxsi gigiyena qaydalarına riayət etməlidirlər. Əlcəklərin taxılması və əllərin yuyulması, heyvanlarla təmasdan sonra üst paltarlarının dəyişilməsi vacibdir.
VƏBA XƏSTƏLİYİ (XOLERA)
Taun kəskin, yoluxucu xəstəlik olub, ağır intoksikasiya (zəhərlənmə) ilə keçir. Təbii ocaqlı infeksiya olub, zoonozlara aiddir, xüsusilə təhlükəli infeksiyalara aiddir. İnfeksiyanın təbiətdə ehtiyat mənbəyi gəmiricilərdir. Onlardan mikroblar insana bitlər vasitəsilə keçir. Bundan başqa ovçular xəstə heyvanların dərisini təmizlədikdə keçə bilər. İnsandan insana isə hava-damjı yolu ilə keçir.
Etiologiya. törədicisi taun çöpləridir, orqanizmə dəri, yuxarı tənəffüs yollarının selikli qişaları, konyuktiva vasitəsilə keçir. Bitlər insanı dişlədikdə orada qanlı möhtəviyyatlı papula ə/g (dəri forması). Sonra proses limfa yoları ilə yayılır . l/d-in kəskin şişməsinə səbəb olur (bubon forması), müalicə etmədikdə generalizə olunmuş forması inkişaf edir, bu zaman daxili orqanlar zədələnir. Əsasən də ağ ciyərlərdə pnevmoniya inkişaf edir (ağ ciyər forması) xüsusilə təhlükəlidir.
Simptomları, gedişi; gizli dövr 2-6 gundür. Bubon formasında ən çox qasıq l/d şişir, dəri hiperimiləşir, sonra digər qrup l/d də 2-cili bubonlar əmələ gəlir, möhtəviyyatı irinləyir, müalicə etmədikdə yaralar açılır. 4-5-ci gününə qədər vəziyyəti ağırlaşır, t-ra qalxır, proses generalizə olur, 2-cili-septik və ya 2-cili ağ ciyər forması inkişaf edir. Bu hallarda xəstənin vəziyyəti xeyli ağır olur, t-ra çox yüksək olur, sepsisin bütün əlamətləri; əzələ ağrıları, güclü zəifləmə, baş ağrıları, başgicəllənmə, hüşun itməsi, bəzən oyanıcıllıq, yuxusuzluq olur. Pnevmoniya inkişaf etdikcə, sianoz artır, qanlı bəlğəm ifrazı ilə öskürək başlayır. Bu bəlğəm digər adamların yoluxmasına səbəb olur və 1-cili ağ jiyər forması inkişaf edir. Epidemik cəhətdən bu ən təhlükəli formadır. Müalicə aparmadıqda 4-5 günə ölüm baş verir.Xəstəlik kəskin ishalla başlayır. Çox vaxt ishal su halında olur, eyni zamanda qusma başlayır. Hərarət normal və normadan aşağı olur. Dəri soyuyur, göyərir, yapışqanlı tərlə örtülür, gözlər yarım açıq qalır. Xəstəlik bu şəkildə gedərsə, çox vaxt ölümlə nəticələnir. Vəbanın ən ağır forması ildırımvari formadır. Bu formada ishal və qusma olmur (quru forma). Bu halda ürək-qan-damar çatışmamazlığı nəticəsində ölüm baş verir. Vəbanın diaqnozu klinik və laborator müayinəyə əsasən qoyulur. Analiz üçün nəcis və qusuntu götürülür.
Müalicə: müalicə zamanı xəstənin ümumi vəziyyəti və nə qədər maye itirməsi nəzərə alınmalıdır. Antibiotiklərdən ən yaxşı təsir göstərən tetrasiklindir. Xəstəyə fizioloji məhlul, plazma, qlükoza köçürülür. Bədənin hərarəti aşağı düşür. Bunun üçün bədəni qızdırmaq lazımdır. Xəstələ qulluq yaxşı təşkil edilməlidir. Onlar mütləq xəstəxanada müalicə olunmalıdırlar. Təmasda olanlara profilaktik məqsədlə vəbaya qarşı 10 gün müddətində 3 dəfə vaksina vurulmalıdır. Xəstələri evə klinik əlamətlər keçdikdən sonra və nəcisin analizi 3 dəfə təmiz çıxdıqdan sonra yazmaq olar. Tibb işçiləri şöbədə təmizliyə ciddi nəzarət etməlidirlər. Dezinfeksiya çox diqqətlə keçirilir. Şöbədə milçək olmamalı, qulluq edən adamlar tez-tez əllərini xloraminlə yumalıdırlar. Ölənləri xüsusi yerdə basdırmalı və torpağa 25 sm qalınlığında xlorlu əhəng tökülməlidir.

"Pişik cırmağı" xəstəliyi

Pişik cırmağı yarımkəskin infeksion xəstəlikdir. Yoluxmadan sonra təxminən 2 həftə ərzində papul şəklində özünü göstərir və kiçik abses əmələ gətirir. Təxminən 1-3 həftə sonra zədələnmiş nayihəyə yaxın limfa vəzlərində şişkinlk yaranır. Bu şişkinlik bir neçə həftə və ya bir neçə ay qala bilir. Xüsuilə özünü baş və boyun ətrafında limfa düyünlərində əmələ gələn limfadenitlə göstərir.

Ümmumilikdə limfadenopatiyalar 1-2 ay müddətlə davam etdikdən sonra ikincili bir təsir olmadıqda öz-özündə yaxşılaşdırma dövrünə keçir və bir neçə ay sonra itir. , baş ağrısı, həddən artıq yorğunluq, əzələlərdə ağrı Pişik cırmağı xəstəliyinə yoluxarkən adama qripə bənzər simptomlar olur:temperatur, və azalmış iştaha . Bəzi insanlr bir neçə həftədə yaxşılaşır. Xəstələrin təxminən 5-15%-də ürək, göz, beyin , mədə-bağırsaq və dəri problemləri kimi ciddi pataloji əlamətlər görünür. İmmun sistemi zəif olduqda xərçəng xəstəliyi ilə əlaqədar müalicə alan xəstələr və QİÇS zamanı daha çox dəyişkənlik özünü göstərir.

Sibir yarası (qarayara)
Qarayara lat. Bacillus anthracis törədici mikrobu növünə, lat. Bacillaceae ailəsinə aid olub, ucları düzbucaq altında xarakterik kəsilmiş, uzunluğu 3-10 mkm, eni 1-1,5 mkm olan iri hərəkətsiz çöpdür. Orqanizmdə inkapsullaşmış tək-tək çöplərə və ümumi kapsul ilə əhatələnmiş 2-3 mikrobdan ibarət zəncirə təsadüf edilir. Basillərin gövdələrinin ucları təmas yerlərində azca qalındır və zəncir bambuk əl ağacını xatırladır. Xarici mühitdə lat. Bacillus anthracis 0,8-1x1,3-1,5 mkm ölçüsündə sporlar əmələ gətirir, qrammüsbətdir, anilin boyalarla yaxşı rənglənir. Romanovski-Kimza üzrə rəngləndikdə kapsullar Sil-Nilsen metodundan istifadə edildikdə sporlar aşkara çıxır.   Simtomlar yoluxma yoluna bağlı olduğu üçün fərqli şəkildə ortaya çıxır. Xəstəliyin 3 forması mövcuddur.
     Qeyd edək ki, Sibir xorası törədicisindən terror aktlarında da istifadə edilir. Bu fakt tarixdə dəfəlrlə təkrarlanıb. Son illər isə daha çox ABŞ rəsmlərinə bu xəsətliyin törədicisini məktub vasitəsilə yollayıblar.
   3. Qastroinestinal forma: infeksiya heyvan ətinin tam bişməmiş və ya çiy yeyilməsi nəticəsində yoluxur. İlk əlamətləri ürəkbulanması, qusma, iştahasızlıq və qızdırmadır. Daha sonra xəsətlik qarın ağrısı, qanqusma və ağır ishal olaraq davam edir və çox zaman ölümlə nəticələnir.
 1. Dəri forması: ən çox rast gəlinən formadır. Heyvanın dərisi, yunu, əti ilə sızanaqlardan yoluxma ilə ortaya çıxır. Daha çox əl, qol, boyun və üz nahiyələrində görünür. Dəri infeksiyası böcək sancmasına bənzər şəkildə qabarıq, qaşıntılı bir şişlik olaraq inkişafa başlayır. Ancaq 1-2 gün içərisində bir vezikula ortaya çıxır. Daha sonra bu, ağrısız, 1-3 sm böyüklüyündə, ortasında səciyyəvi qaranekroz sahəsi olan xoraya çevrilir. Yaxın limfa düyünlərində şişkinlik və infeksiya yerində ödem ola bilər. Xora 1-2 həftədə quruyaraq qopub tökülür və yerində iz saxlayır. Xəstəlik müalicə edilməzsə, 20faiz ölümlə nəticələnə bilər. Ölüm hallarını azaltmaq üçün isə antibiotiklə müalicə vacibdir.
   2. Ağciyər forması: ilk simptomları soyuqdəyməyə oxşayır və zəiflik, yorğunluq şəklində müşahidə olunur. Sonra yoluxmuş şəxsdə 39-40 dərəcə qızdırma, öskürək, taxikardiya, sianoz, nəfəs almaqda çətinliklər ortaya çıxır. Ağciyər forması əksər hallarda, yəni 97 faiz ölümlə nəticələnir. Bunun üçün də Sibir xorası törədicisi bakteroloji silah kimi istifadə edilə bilər.   İnfeksiyanın insandan insana keçməsi normal şəraitdə mümkün deyil. Bunun üçün də xəstəlikdən qorunmağın ən yaxşı yolu xəstə heyvanların ətinə toxunmamaq, baytar nəzarəti olmayan yerlərdən ət almamaq, əti çiy yeməmək və yarıbişmiş yeməkdən qaçmaqdır. Sibir xorası xəstəliyindən ölən insanları və heyvanları uyğun bir şəkildə basdırmaq və ya yandırmaq yayılmanın qarşısını alır. Xəstəlikdən ölən heyvanların bütün təbii dəlikləri (ağız, burun, anus) tamponlanaraq, 2 metr dərinliyində çuxura atılır və üzərinə dezinfeksiyaedici maddə (əhəng və.s) tökülür, sonra torpaqlanır.
Laym
Laym Xəstəliyi,yaxud xroniki miqrasiya edən eritema,yaxud laymoborellioz dərinin,ürək-damar və sinir sisteminin zədələnməsi,artralgiya və artritlərlə müşayiət olunan xraniki infeksiyasıdır.Şimali Amerikada bu xəstəliyinin törədicisi olan B.Burgdorferi ilk dəfə 1975ci ildə artritli xəstə uşaqların müayinəsi zamanı Laym şəhərində kəşf olunmuşdur.
B.burgdorferi ən iri borreliya olub orta ölçülərri 20-30x0.2-0.3 mkm-dır.Morfoloji və tinxtorial xassələrinə görə digər borreliyalara oxşayır,7-11 ədəd qıvrımlara malikdir və çox hərəkətlidilər.Anilin boyaları və gümüşlə impreqnasiya üsulu ilə asanlıqla aşkar edilir.
B.burgdorferi digər prokariotlarda təsadüf edilməyn,ölcüsü təqribən 960000 nukleotid cütündən ibarət,unikal xətti plazmiudə malikdir.Bu plazmid lipoprotein tərkibli xarici membrana Osp-proteinlərinin sintezini kodlaşdırır.Müxtəlif sahib orqanizmlərdən əldə edilmiş törədicilərdə antigen cəhətdən fərqlənən bu proteinlər A,B,C,D,E,F hərflərlə işarə edilir.Osp-proteinlər protektor fəallığa malikdirlər.
Osp-proteinlər borreliyaların sahib hüceyrələrinə adheziya qabilliyyətini təmin edir.Borreliyaların makrofaqlarla qarşılıqlı təsiri nəticəsində sitotoksilərin ifrazı ilthabi prosesləri induksiya edir.OpsA-protein artriktlərm inkişafını şərtləndirən immunopatoloji reaksiyaların inkişafında iştirak edir.
Təbii şəraitdə törədicilər əsasən xırda gəmiricilərdə,xüsusən meşə siçanlarında rast gəlinir.İnsanlara ixodes cinsindən olan gənələrin dişləməsi zamanı ağız suyu,yaxud orta bağırsaq möhtəviyyatının requrqiyatasiyasl vasitəsilə yoluxur.
Gənələrin ağız suyu ilə orqanizmə daxil olmuş borrediyalar inkubasiya dövrü müddətində ətraf toxumalarda miqrasiya edərək dəridə xarakter miqrasiya edərək dəridə xarakter miqrasiya edən eritemanın əmələ gəlməsinə səbəb olur.Eritema əvvəlcə qırmızı popula halında olur,sonradan konsntrik həlqələr şəklində ətraf nayihələrə yayılır.İnkubasiya dövrü orta hesabla 3-4 həftə davam edir.Sonra törədicilər dişləmə yeindən qanla müxtəlif orqanlara,xüsusən ürək əzələsinə,mərkəzi sinir sisteminə və oynaqlara yayılır.Xəstəlik autoimmun və immunopatoloji proseslərin inkişafı ilə müşayiət olunur.

Uşaqlarda helmintozlar (qurd xəstəliyi)
Uşaqlar əksər hallarda 3-12 yaşlarında qurd xəstəliklərinə (helmintozlar) yoluxurlar. Uşaq orqanizmində eyni zamanda bir neçə növ helmintlər parazitlik edə bilərlər.
Helmintlər uşağın immuniteti azalmasına, allergiyaların, mədə-bağırsaq və sinir sistemi pozğunluqlarına səbəb olur. Praktiki olaraq bütün orqan və toxumaları zədələyən bu parazitlər uşaq orqanizminin fiziki və əqli inkişafını da ləngidir.
Buna görə də valideynlər helmintlərlə yoluxma təhlükəsini bir an da yaddan çıxarmamalı – uşağın yaşadığı evin gigiyenasına ciddi nəzarət etməli, uşaq böyüyəndə isə onun özünü gigiyena qaydalarına riayət etməyə öyrətməlidir.
Ancaq profilaktikaya əməl edilməsi heç də bütün hallarda balaca uşaqların bu xəstəliklərə yoluxmasının qarşısını ala bilmir. Bütün uşaqlar çirkli əllərini ağızlarına salır, həyətdəki it və pişiklərlə oynayır, çirkli meyvələrı yeyirlər. Ona görə də 10 yaşına qədər olan praktiki olaraq bütün uşaqlar helmintlərə yoluxmuş olurlar.
Bir çox hallarda helmintozun diaqnostikası məqsədi ilə aparılan nəcisin müayinəsi, qanın bəzi göstəriciləri (eozinofillər, E immunoqlobulini) yoluxmanın olmasını təsdiq etmir. Bunu və helmintlərin uşaq orqanizmi üçün olan təhlükəsini nəzərə alaraq hər yaz və payız mövsümlərində, həkim-helmintoloqun ilkin məsləhətindən keçməklə, bütün ailə üzvlərinin helmintlərə qarşı profilaktik müalicəsini aparmaq məsləhət görülür.
Lyamblioz
Uşağın lyambliozla yoluxması çirkli əllər, yaxşı yuyulmamış meyvə və tərəvəzlər, çirkli su, natəmiz qablardan istifadə edilməsi və s. yollarla baş verir. Lyambliyalar uşaq orqanizmində aylarla, hətta illərlə yaşayaraq onlara zərər verməkdə davam edirlər.  Lyamblioz zamanı uşaqlarda nəcis ifrazında pozğunluq, nəcisdə selik, köpük, iştahanın azalması, artmış yanğı hissiyyatı, qarında ağrı olur. Lyambliyalar uşaq orqanizmini zəhərləyir ki, bu da onun bədənində və sifətində səpgilərin əmələ gəlməsinə səbəb olur.
Bütün bu əlamətlərin müşahidə edildiyi halda, həkimə müraciət edərək xüsusi müalicə kursu keçmək lazımdır ki, bu da uşağın bu xəstəlikdən tam şəkildə sağalmasına səbəb olar. Valideynlər bilməlidirlər ki, lyamblioza görə müayinəni ildə 2-3 dəfə təkrar etmək lazımdır. Bu zaman müayinə üçün yalnız təzə (defekasiya aktından 2 saatdan artıq müddət keçməməklə) nəcis götürülməlidir.
Bizquyruq
Bizquyruqla yoluxmaya enterobioz deyilir. Onların bağırsaqlarda yaşama dövrü 28-56 gün təşkil edir. Bu qurdlar qalın ağ sapın kiçik (1 sm-dək) bir qırıntısına bənzəyir. Enterobioz immun sistemini kəskin şəkildə zədələdiyi üçün təhlükəli hesab edilir. Bizquyruqlar bağırsağın (xüsusən anus ətrafında), cinsi orqanların, sidik kanalı dəliyinin iltihabını törədə bilirlər. Appendiks çıxıntısına daxil olmaqla onlar appendisitə də səbəb ola bilərlər.
Bizquyruqlar anal dəliyin büküşlərinə özlərinin on minlərlə yumurtasını qoyur və bu zaman həmin nahiyəyə xüsusi qıcıqlandırıcı maddə ifraz edirlər. Axşamlar uşaqlar anal dəlik ətrafinı qaşıyarkən bizquyruq yumurtaları onların dırnaqlarının altına daxil olurlar.
Uşaqların yuyulmamış əllərini ağızlarına salması, əllə yemək yemələri, dırnaqlarını dişləmələri kimi vərdşləri olduğu üçün bizquyruqla yoluxmalar daimi olaraq baş verir. Bəzi hallarda anus ətrafındakı qaşınma o qədər güclü olur ki, uşaq axşamlar çox pis yatır, tez-tez hirsli və qıcıqlanmış olur.Enterobioz zamanı uşaqlar bir çox hallarda ürəkbulanmadan şikayət edir, onların iştahaları azalır, baş ağrısı və qarın nahiyəsində ağrılar olur.
Enterobiozun diaqnostikası bir çox hallarda olduğu kimi, həm nəcisin (bu zaman nəcisdə canlı qurdlar və ya onların yumurtaları aşkar edilir), əksər hallarda isə anus ətrafındakı büküşlərdən götürülən yaxmanın müayinəsi zamanı qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur. Bu zaman uşağın anusuna xüsusi şəffaf lent yapışdırılır və bir qədər keçdikdən sonra onun üzərində mikroskop altında bizquyruq yumurtalarına görə müayinə aparılır.
Enterobiozun müalicəsi ya pediatr ya da helmintoloq (qurdların müalicəsi üzrə ixtisaslaşmış mütəxəssis) tərəfindən aparılır. Müalicə zamanı sanitar gigiyenik rejimə də əməl etmək vacib hesab edilir. Hər gün səhər və axşam uşagın anusunun ətrafını yumaq, ora vazelin və ya uşaq kremi sürtmək, axşamlar uşağa dar tuman geyindirmək lazımdır. Səhərlər uşağın tumanını dəyişmək və qaynar suda yumaq, yataq dəstini isə isti ütü ilə ütüləmək lazımdır.
Bu zaman mütləq bütün ailə üzvlərini də enterobioza görə müayinə etmək və qurd yumurtaları aşkar edildiyi halda onları da müalicə etmək lazımdır. Müalicədən 10 və 30 gün keçdikdən sonra yuxarıda qeyd edilən qayda üzrə anus büküşlərindən götürülmüş yaxmanın müayinəsi aparılmalıdır.
Askarida
Askarida - uşaqlarda təsadüf edilən 2-ci daha çox yayılmış qurddur (helmint).Soxulcanabənzər şəkildə olan askaridaların uzunluğu 20-40 sm-ə çatır. Onlar insanların bağırsaqlarında parazitlik edirlər. Askaridalar tərəfindən bağırsağa ifraz olunan toksinlər uşaqlarda qan azlığına, iştahanın azalmasına, qarında ağrılara, ürəkbulanmaya, gecələr ağızdan tüpürcək axmasına, ümumi zəifliyə, əzginliyə, baş ağrısına, oyanıqlığa səbəb olur.
Bəzən askaridalar bağırsaqda o qədər çox olurlar ki, onlar yumaq şəklində bir-birinə dolaşaraq, ağır patoloji hallardan biri hesab edilən bagırsaq keçməməzliyinə səbəb olurlar. Bu halda vəziyyətdən çıxış yolu kimi, cərrahi əməliyyatdan istifadə edilir.
Böyüklərə nisbətən uşaqlar askaridaya daha çox hallarda və asanlıqla yoluxurlar. Askarida yumurtaları yaşadığınız evə çirkli ayaqqabılar, müxtəlif meyvə və tərəvəzlərlə, su ilə, natəmiz əllərlə gətirilə bilər. Onların yayılmasında milçəklərin də müəyyən rolu vardır.
Xəstəliyin diaqnozu nəcisdə qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur.
Müvafiq mütəxəssis (həkim pediatr və ya helmintoloq) tərəfindən aparılan düzgün müalicədən sonra uşaqlarda praktiki olaraq tam sağalma baş verir.
Askaridiozun profilaktikası üçün uşağın sanitar-gigiyenik normalara dəqiq şəkildə əməl etməsinə nəzarət etmək lazımdır. Uşaqlara yuyulmamış meyvə və tərəvəzlərin yeyilməsinə imkan verməmək, milçəklərin otağa daxil ola bilməməsi üçün pəncərələrə tor vurmaq lazımdır.
Exinokok
Bu helmint insanın qaraciyəri və digər orqan və toxumalarını zədələyir. Exinokok bir kameralı qovuq şəklində olub ölçüləri diametrinə görə bir neçə mm-dən 15-20 sm-dək çata bilər. Qovuq əksər hallarda qara ciyərdə, bir qədər az hallarda ağciyərdə məskən salaraq uzun illər ərzində tədricən böyüyür.
İnsanın yoluxması əsasən, tüklərində bu parazitin yumurtaları olan itlərlə ünsiyyət nəticəsində baş verə bilər.
İri qurdlar orqanları sıxaraq, yerini dəyişdirərək onların funksiyasının və qan dövranının pozulmasına səbəb ola bilərlər. Qaraciyərin zədələnməsi nəticəsində sağ qabırğa altında ağrılar olur, qaraciyərin ölçüləri böyüyür, onun səthi nahamar olur, bəzən qızdırma, sarılıq,  hətta assit (qaraciyər damarlarının sıxılması nəticəsində qarın boşluğunda mayenin yığılması) əmələ gəlir.
Ağciyərlərin bu qurdla zədələnməsi zamanı xəstədə quru öskürək, təngnəfəslik, qanlı bəlğəm ifrazı baş verir. Xəstəlik illərlə davam edə bilər. Bu zaman xəstələrin vəziyyəti tədricən ağırlaşmış olur.
Xəstəliyin diaqnozu USM (ultrasəs müayinəsi), rentgenoloji və laborator müayinə nəticəsində qoyulur.
Bu ağır xəstəliyin müalicəsi yalnız cərrahi yolladır. Xəstəliyin profilaktikası itlərə qulluq zamanı tələb olunan sanitar-gigiyenik qaydalara əməl edilməsindən ibarətdir. Həmçinin, heç bir halda uşaqların həyət itləri ilə ünsiyyətdə olmasına da imkan verməyin.
Enli lentşəkilli qurd
Bu növ qurdla yoluxma əsasən yaxşı bişirilməmiş və qızardılmamış balıqların yeyilməsi nəticəsində baş verir. Bu qurdun uzunluğu 8-10 m-ə çata bilər. İnsan bədənində illərlə qala bilir. Enli lentşəkilli qurd bağırsağı qıcıqlandırır və xeyli miqdarda B12 vitaminini mənimsədiyi üçün qanazlığına (anemiyaya) səbəb olur. İştahası yaxşı olmasına baxmayaraq uşaq kəskin şəkildə arıqlayır.
Xəstəliyin diaqnozu nəcisin müayinəsi aparılmaqla qurd yumurtalarının və ya onun bədəninin bir hissəsinin aşkar edilməsi nəticəsində qoyulur.
Müalicə müvafiq ixtisaslı həkim tərəfindən aparılır ki, bu da tam şəkilli sağalma ilə nəticələnir.
Xəstəliyin profilaktikası əsasən, çiy, yaxşı bişirilməmiş və qızardılmamış, hisə və buxara yaxşı verilməmiş balıqların və pis duzlanmış kürünün qəbul edilməməsindən ibarətdir.
Lentşəkilli cırtdan qurd
Bu qurdun uzunluğu 1,5-3 sm olur. Natəmiz əllər vasitəsi ilə təkrar özünü yoluxdurmalar baş verdiyi üçün qurd uzun müddət insan orqanizmindən tam şəkildə yox olmur. Lentşəkilli cırtdan qurd əsasən nazik bağırsağı zədələyərək onun iltihablaşmasına və hətta xoraların da əmələ gəlməsinə səbəb olur. Uşaq orqanizmində yüzlərlə belə helmintlərin yaşaması onun orqanizmi üçün ağır və təhlükəlı xəstəliyə çevrilə bilər. Belə uşaqlar arıqlayır, əzgin, solğun görünürlər. Onlarda bağırsaq pozğunluqları, ishal, nəcisdə xeyli miqdarda seliyin olması, sinir sistemi tərəfindən (hətta bəzən özündəngetmə və qıcolma tutmaları baş verməklə) müxtəlif pozğunluqlar da rast gələ bilər. Lentşəkilli cırtdan qurdun ömrü bir aydan artıq deyil. Ancaq təkrar özünü yoluxdurmalar baş verdiyi xəstəlik illərlə davam edə bilər.
Xəstəliyin diaqnozu nəcisin müayinəsi aparılmaqla qurd yumurtalarının aşkar edilməsi nəticəsində dəqiqləşə bilər. Sanitar gigiyenik qaydalara əməl edildiyi halda, aparılan müalicə xəstəliyin tam şəkildə sağalması ilə nəticələnə bilər.
Lentşəkilli balqabaq qurdu
Bu qurdun uzunluğu 20-70 sm-ədək çata bilər. O, itlərin adi parazitidir.
Xəstəliyə yoluxmuş uşaqlarda qarın nahiyəsində ağrılar, ürəkbulanma, qusma, baş ağrısı, ümumi zəiflik müşahidə edilir. Xəstəliyin diaqnozu nəcisdə qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur. Aparılan müalicə xəstəliyin tam şəkildə sağalması ilə nəticələnir.
Xəstəliyin profilaktikası itlərlə ünsiyyətdə olarkən tələb olunan sanitar-gigiyenik qaydalara əməl edilməsindən ibarətdir.
Lentşəkilli pişik qurdu
Bu helmint qaraciyərdə, öd kisəsində, mədəaltı vəzidə parazitlik edərək, insan orqanizmində 20-40 il müddətində yaşaya bilir. Yoluxma çiy, buzlu, az duzlanmış balıqla qidalanma nəticəsində baş verir.
Lentşəkilli pişik qurdu həzm üzvlərinin funksiyasını pozur, qaraciyəri zədələyir. Xəstədə qarınüstü, sağ qabırğaaltında ağrılar olur, ürəkbulanma, qusma, başgicəllənmə, zəiflik, iştahanın azalması, qaraciyərin böyüməsi baş verir. Yoluxmuş uşaq öz yaşıdlarından fiziki inkişafına görə geri qalmağa başlayır.
Diaqnoz nəcisin müayinəsi aparılmaqla qurd yumurtalarının aşkar edilməsi nəticəsində qoyulur. Müalicə yalnız bu sahə üzrə ixtisaslaşmış həkim tərəfindən aparılır. Xəstəliyin tam şəkildə müalicə edilməsi çətin olur.
Bu xəstəliyə yoluxmanın profilaktikası çiy, natamam bişmiş (və ya qızardılmış) balıqların yeyilməsindən imtina etməkdən ibarətdir.






среда, 5 октября 2016 г.

Dərman bitkiləri haqqında ümumi məlumat

Dərman bitkiləri müxtəlif xəstəliklərin mülicəsi və profilaktikasında istifadə olunan geniş bitki qrupudur. Dərman bitkilərinin müalicəvi xassəsi onların tərkibindəki fizioloji təsiredici fəal maddələrin (alkaloidlər, qlikoidlər, flavonoidlər, vitaminlər, aşı maddələri, kumarinlər, efir yağları və bir sıra turşular, mikroelementlər, fermentlər) olması ilə əlaqədardır.
Müasir dövrdə kimya-əczaçılıq sənayesi tərəfindən istehsal edilən dərman maddələrinin 40 faizini dərman bitkilərinin xammalı təşkil edir.
Araşdırmalar zamanı müəyyən edilmişdir ki, ürək-damar, mədə-bağırsaq, sinir sistemi, qara ciyər və böyrək xəstəliklərinin müalicəsində istifadə olunan dərman bitkilərinin xammalı 80-90 faiz təşkil edir.

Respublikamızın elmi təbabətində 200 növə yaxın dərman bitkilərindən istifadə olunur. Hər il min tonlarla dərman bitkiləri tədarük olunur. Bu kütlənin 50 faizini yabanı dərman bitkiləri təşkil edir.